BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
68853

Rəqəmsal təhlükəsizlik bu günlərdə həyatımız üçün vazkeçilməz əhəmiyyət daşıyır. Kompüterlər, smartfonlar və planşetlər gündəlik fəaliyyətlərimizin mərkəzinə çevrilib. Bu isə həm fərdi, həm də korporativ istifadəçilər üçün təhlükəsizlik risklərini artırır. Sadə bir diqqətsizlik nəticəsində şəxsi məlumatlarımız kibercinayətkarların əlinə keçə bilər. Bu təhlükələrə qarşı ən effektiv vasitələrdən biri antivirus proqramlarıdır. Bəs bu proqramlar zərərli faylları necə tanıyır?

Valyuta.az antivirus proqramlarının necə işlədiyini təqdim edir: 

Əsasən bütün antivirus proqramları eyni prinsiplə işləyir cihazda mövcud olan və ya yenicə daxil edilən faylları təhlil edir və onların zərərli olub-olmadığını müəyyənləşdirir. Bunun üçün isə müxtəlif texnikalardan istifadə olunur. Ən müasir antivirus proqramları bəzi üsullarla zərərli proqramları aşkar edir.

İmza əsaslı aşkarlama

Analiz aşkarlama

Davranış əsaslı aşkarlama

Bulud əsaslı aşkarlama

Faylsız aşkarlama

İmza əsaslı aşkarlama - Bu metod antivirus proqramlarının ənənəvi və ən geniş yayılmış aşkarlama üsuludur. Burada “imza” dedikdə, daha əvvəl tanınmış zərərli proqramların kod parçaları nəzərdə tutulur. Antivirus proqramı analiz etdiyi fayllardakı kodları virus imzaları ilə müqayisə edir. Əgər oxşarlıq aşkar olunarsa, həmin fayl zərərli kimi tanınaraq karantinə alınır.

Analiz aşkarlama - Bu üsul daha mürəkkəbdir və proqramın davranışlarını "öncədən hiss etməyə" əsaslanır. Faylın strukturu, əmrləri və əlavə kodlar təhlil edilir. Əgər sistemdə normaldan kənar fəaliyyətlər müşahidə olunarsa, fayl potensial təhlükəli kimi qiymətləndirilir. Bu üsul daha çox əvvəllər tanınmamış virusların aşkarlanmasında effektivdir.

Davranış əsaslı aşkarlama - Bu metod faylların konkret fəaliyyətlərini müşahidə edir. Məsələn, əgər bir proqram faylları şifrələyir, sistem fayllarını dəyişdirir və ya klaviatura əmrlərini izləyirsə, bu proqramın zərərli olması ehtimalı yüksəkdir. Bu yanaşma xüsusilə “ransomware” tipli yeni və aqressiv zərərli proqramların qarşısını almaqda əhəmiyyətlidir.

Bulud əsaslı aşkarlama - İnternetin geniş vüsət alması ilə antivirus proqramları bulud texnologiyasını da tətbiq etməyə başlayıb. Bu texnika ilə bütün istifadəçilərin cihazları bir məlumat mənbəyinə çevrilir və ortaq bir verilənlər bazasında məlumat mübadiləsi aparılır. Şübhəli fayllar real vaxt rejimində bu məlumat bazası ilə müqayisə olunur və təhlükəli olub-olmadığı müəyyən edilir.

Faylsız aşkarlama - Son dövrlərdə daha da aktuallaşan bu texnika fayl səviyyəsində deyil, sistem daxilində icra olunan əmrləri (məsələn, PowerShell skriptləri) təhlil edir. Xüsusilə administrator səlahiyyətlərindən sui-istifadə edən zərərli proqramların aşkarlanması üçün önəmlidir.

Çoxsaylı texnikaların birlikdə istifadəsi - Günümüzdə antivirus proqramları adətən tək bir aşkarlama texnikası ilə kifayətlənmir. Çünki kibercinayətkarlar artıq öncədən məlum olmayan boşluqlardan istifadə edərək daha çevik hücumlar həyata keçirirlər. Bu səbəbdən antivirus proqramları çoxsəviyyəli və kombinə olunmuş yanaşmalarla işləməyə üstünlük verirlər.

Məlumatlarınızın təhlükəsizliyi üçün düzgün antivirus proqramı seçmək hər zamankindən daha önəmlidir.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni "Harri Potter"in çəkilişləri üçün bir milyard dollarlıq mini şəhər tikiləcək

Süni intellekt və 3D vizuallaşdırma: "Apple"ın "Matrix3D" texnologiyası nə vəd edir?

Bu ölkə Rusiya ilə sərhədə nəzarət üçün süni intellektdən istifadə edəcək

Qiymətə qarşı keyfiyyət: Bu yay Avropada ən yaxşı büdcəli istirahət şəhərləri

Məhkəmə qərarını dəyişmək adı ilə 5 550 manatlıq dələduzluq

Musiqi və alış-veriş: Müştəri davranışları necə formalaşır?

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti VƏFAT ETDİ

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti VƏFAT ETDİ

Azərbaycanda rəhbər vəzifəsində çalışan qadınlar - STATİSTİKA

“Ekoservis-A” şirkətinə məxsus texnika hərraca çıxarılır

Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi?

"Google"un həmtəsisçisi "Google Glass"ın uğursuzluğunu etiraf etdi

Bakıda parklanma məntəqələrinin sayı azaldılıb

Aİ Çindən göndərilən ucuz bağlamalara rüsum tətbiq edəcək

"Bitcoin" tarixi maksimumu yenilədi - 109 min dollar oldu

Çində oğurlanmış "iPhone"ların qlobal anbarı aşkarlandı

Mərkəzi Bank "Bakı Pambıq Əyirmə" ASC-ni cərimələyib

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsi olmayanların nəzərinə - İMTAHANSIZ VERİLƏCƏK

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb

Dünyanın ən zəngin NBA oyunçuları - Sərvətləri

Milli Depozit Mərkəzi ilə Qazaxıstan Fond Birjası arasında görüş keçirilib

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin