BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
68816

Azərbaycanın baş kredit sərəncamçılarının 2022–2023-cü illərdə debitor və kreditor borclarının analitik fəaliyyəti üzrə audit nəticələri açıqlanıb.

Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının bülleteninin 2024-cü il üzrə 4-cü nömrəsində bildirilir.

Hesabatda qeyd edilir ki, 2023-cü ildə dövlət qurumlarının debitor borcları 2022-ci illə müqayisədə 45,3 % artaraq 4 milyard 437,6 milyon manata çatıb.

Ən yüksək debitor borc Müdafiə Nazirliyində qeydə alınıb - 2022-ci ildə 1 milyard 161,8 milyon manat olduğu halda, 2023-cü ildə 2 milyard 594,1 milyon manata yüksəlib.

Auditin nəticələrinə əsasən, debitor borcların funksional təsnifatı üzrə “Müdafiə və milli təhlükəsizlik”, “İqtisadi fəaliyyət” və “Əsas bölmələrə aid edilməyən xidmətlər” sahələri ən böyük paya sahib olub.

Bundan əlavə, debitor borcların inzibati təsnifatı üzrə 2022-ci ildə 100, 2023-cü ildə isə 104 istiqamətdə borc olduğu müəyyən edilib. Maraqlıdır ki, bəzi ləğv olunmuş və ya təşkilati-hüquqi forması dəyişdirilmiş qurumların da əvvəlki illər üzrə debitor borcları saxlanılıb.

Nazirliklər üzrə akkreditiv hesablara yönəldilən vəsaitlərin məbləği də diqqət çəkir. Belə ki, 5 nazirlik üzrə bu vəsait 2022-ci ildə 72 min manat, 2023-cü ildə isə 16 milyon 462 min manat olub.

Komitələr üzrə isə 2022-ci ildə debitor borclar 2 milyon 901 min manat olduğu halda, 2023-cü ildə bu göstərici 48 milyon 423 min manata çatıb. Kreditor borclar isə iki komitə üzrə 2022-ci ildə 15 min manat təşkil edib.

Hesabatda qeyd olunur ki, agentliklər üzrə debitor borclarında azalma baş versə də, kreditor borclarında artım müşahidə edilib. Debitor və kreditor borcların əsas hissəsi eyni funksional və iqtisadi bölmələri əhatə edir.

Səhmdar cəmiyyətlər üzrə 2022–2023-cü illərdə müvafiq olaraq 356,8 milyon manat və 200,4 milyon manat məbləğində debitor borclar mövcud olub. Bu borcların böyük hissəsi “Qeyri-maliyyə aktivləri” bölməsinə aid olub.

Publik hüquqi şəxslər üzrə debitor borcların əsas hissəsi iqtisadi fəaliyyət sahəsi ilə bağlıdır. 2023-cü ilin sonunda 5 publik hüquqi şəxs üzrə 215,4 milyon manatlıq debitor borc qeydə alınıb.

Məhkəmə və hüquq-mühafizə orqanları üzrə 2023-cü ilin sonuna debitor borclar 2 milyon 239 min manat, kreditor borclar isə 132 min manat təşkil edib. Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlarla məhkəmələrin təqdim etdiyi məlumatlar arasında 59 min manat fərq müəyyən olunub.

Digər qurumlar üzrə də ciddi artımlar müşahidə olunub. Xüsusilə dairə seçki komissiyalarının 9 milyon 236 min manat debitor borcu olub ki, bu da aidiyyəti qurumlar üzrə ümumi borcun 94,4 %-ni təşkil edir.

Diplomatik nümayəndəlik və konsulluqlar üzrə isə 2023-cü ildə 1 milyon 63 min manat debitor və 2 milyon 873 min manat kreditor borc qeydə alınıb.

Ümumilikdə, auditor hesabatı dövlət qurumlarında borc öhdəliklərinin miqyasının ildən-ilə artdığını və bəzi hallarda köhnə illərə aid öhdəliklərin hələ də qüvvədə olduğunu göstərir. Hesabatda akkreditiv hesablar, qabaqcadan ödənişlər və büdcədənkənar vəsaitlər üzrə də hüquqi və maliyyə qeyri-müəyyənliklərinə dair hallar vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni "Harri Potter"in çəkilişləri üçün bir milyard dollarlıq mini şəhər tikiləcək

Süni intellekt və 3D vizuallaşdırma: "Apple"ın "Matrix3D" texnologiyası nə vəd edir?

Bu ölkə Rusiya ilə sərhədə nəzarət üçün süni intellektdən istifadə edəcək

Qiymətə qarşı keyfiyyət: Bu yay Avropada ən yaxşı büdcəli istirahət şəhərləri

Məhkəmə qərarını dəyişmək adı ilə 5 550 manatlıq dələduzluq

Musiqi və alış-veriş: Müştəri davranışları necə formalaşır?

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti VƏFAT ETDİ

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti VƏFAT ETDİ

Azərbaycanda rəhbər vəzifəsində çalışan qadınlar - STATİSTİKA

“Ekoservis-A” şirkətinə məxsus texnika hərraca çıxarılır

Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi?

"Google"un həmtəsisçisi "Google Glass"ın uğursuzluğunu etiraf etdi

Bakıda parklanma məntəqələrinin sayı azaldılıb

Aİ Çindən göndərilən ucuz bağlamalara rüsum tətbiq edəcək

"Bitcoin" tarixi maksimumu yenilədi - 109 min dollar oldu

Çində oğurlanmış "iPhone"ların qlobal anbarı aşkarlandı

Mərkəzi Bank "Bakı Pambıq Əyirmə" ASC-ni cərimələyib

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsi olmayanların nəzərinə - İMTAHANSIZ VERİLƏCƏK

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb

Dünyanın ən zəngin NBA oyunçuları - Sərvətləri

Milli Depozit Mərkəzi ilə Qazaxıstan Fond Birjası arasında görüş keçirilib

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin