BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
68805

Texnologiya nəhəngi "Uber Technologies" Türkiyədə qida və market məhsullarının çatdırılması üzrə fəaliyyət göstərən "Trendyol Go"nun alınması məqsədilə müzakirələrə başlayıb.

Valyuta.az xəbər verir ki, alqı-satqı təşəbbüsünün şərtləri hələlik bəlli deyil. Məsələ ilə tanış mənbələr yekun razılaşmanın əldə olunmadığını və danışıqların nəticəsiz başa çata biləcəyini bildiriblər.

"Trendyol Go" pərakəndə satış, logistika və maliyyə texnologiyaları sahələrini əhatə edən və Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan "Trendyol Group" tərəfindən idarə olunur. Qrupun böyük hissəsi çinli e-ticarət nəhəngi "Alibaba Group Holding Ltd"yə məxsusdur.

Həm "Uber", həm də "Trendyol Go"nun nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

"Uber" qida çatdırılması fəaliyyətlərini əsasən satınalmalar vasitəsilə genişləndirib. San-Fransiskoda yerləşən şirkət 2020-ci ildə "Postmates"i, növbəti il isə spirtli içkilərin çatdırılması üzrə fəaliyyət göstərən "Drizly"ni satın almışdı.

Ötən ay "Uber", "Delivery Hero"ya məxsus Tayvandakı "Foodpanda" xidmətini almaq üçün razılaşmanı tənzimləyici orqanlardan razılıq ala bilmədiyinə görə ləğv etdiyini açıqlamışdı. "Delivery Hero", bu razılaşmanın ləğvi üçün "Uber" tərəfindən ödəniləcək təzminat məbləğinin 250 milyon dollar olacağını bildirmişdi.

"Uber" 2019-cu ildə İstanbulda məhkəmənin haqsız rəqabət səbəbilə verdiyi qərarla sərnişin daşıma fəaliyyətinin qadağan edilməsindən sonra Türkiyədə çətin bir giriş yaşayıb. Bu qadağa qeyri-qanuni taksilərin artmasına səbəb olub və qısa müddət sonra rəsmi orqanlar bu qərarı ləğv ediblər. Nəticədə "Uber" 2021-ci ildə tətbiqinə ənənəvi taksiləri daxil edərək Türkiyə bazarına yenidən daxil olub.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DİN-dən kiberdələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Yəqin özlərinə iş tapa bilmirlər - Deputatdan dil imtahanına əsəbi REAKSİYA

Azər Badamovun Moskva aeroportunda saxlanılmasına rəsmi Bakıdan REAKSİYA

"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?

"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?

“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib

Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb və deport edilir

Bu gün 27 mindən çox şagird imtahan verib: Bir nəfərdə "ağıllı" saat aşkarlanıb

Silinən zolağa görə sürücülərə 100 manat cərimə yazılır: məsuliyyət kimdədir? - AÇIQLAMA

"Meta"nın gizli süni intellekt təcrübəsi - Məhkəmə mübahisələrə səbəb oldu

Dünyanın ən ağıllı ölkələri açıqlandı: Azərbaycan İQ reytinqində neçəncidir?

Banan tullantısı tekstil sənayesinə girir - Alimlərdən ekoloji kəşf

Tramp Konqresdən rekord milli təhlükəsizlik büdcəsi tələb edəcək

Kriptovalyuta bazarının son göstəriciləri

22 illik fəaliyyət – “Skype” niyə bağlanır? - SƏHƏR OXUSU

22 illik fəaliyyət – “Skype” niyə bağlanır? - SƏHƏR OXUSU

Yol-nəqliyyat hadisələrinin gizli səbəbləri: "Qəza şəraitini yaradan" kimlərdir?

Ölkəmizə gələn turistlərin sayı azalıb?

Qafqazda kazino biznesi necə inkişaf edir?

Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Amerikalı hakim "Apple"ı məhkəmə qərarını pozmaqda ittiham etdi

Azərbaycan komandası “TECHNOFEST-2025”də birinci yer tutub

Balakəndəki unikal abidə ilə bağlı sirr - Dünyanın nadir tarixi abidələrindən biri

Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?

Cəlilabadda güclü yağışlar qədim yaşayış məskənini üzə çıxartdı

“Uber”robot taksilərə keçir

“Uber”robot taksilərə keçir

Çin elektromobilləri dünyanı ələ keçirir: ABŞ şirkətləri sağ qalacaqmı?

Bakı metrosunda enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb (YENİLƏNİB)

Türkiyə parlamentinin sədr müavini vəfat etdi

Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Qiymət nə qədərdir? (VİDEO)

Eldar Əzizovun yaxın adamının 4 milyonluq sifariş verdiyi sirli şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin