BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
68724

Çinin onlayn pərakəndə nəhəngi "Temu" ABŞ-ın prezidenti Donald Trampın Çin məhsullarına qarşı tətbiq etdiyi yeni gömrük tariflərindən sonra bu ölkədəki reklam xərclərini əhəmiyyətli dərəcədə azaldıb və "App Store" reytinqlərində geriləyib.

Valyuta.az xəbər verir ki, "Milyarder kimi alış-veriş et" şüarı ilə 2023-cü ildə keçirilən "Super Bowl"a qədər uzanan təcavüzkar reklam kampaniyası ilə yadda qalan "Temu" son illərdə ucuz məhsullarla ABŞ bazarına sürətli daxil olmuşdu. Şirkət "Facebook" və televiziya reklamlarına böyük məbləğlər sərf edərək geyim, bəzək əşyaları, məişət malları və elektronika kimi məhsulları cəlbedici qiymətlərlə təqdim etmişdi.

Reklamlar yoxa çıxır

Bu strategiya o qədər təsirli olmuşdu ki, "Temu" son iki il ərzində "Apple"ın ABŞ-da ən çox yüklənən pulsuz tətbiqlər siyahısının zirvəsində qərarlaşmışdı. Lakin rəqəmsal analiz şirkəti "SimilarWeb"in məlumatlarına görə, son günlərdə "Temu"nun "App Store"dan yüklənmə faizi 62 faiz azalıb. Bir vaxtlar "Google" axtarış nəticələrini və "Facebook" lentlərini bürüyən 50 sentlik qaş ülgücü və 5 dollarlıq köynək reklamları demək olar ki, görünməz olub.

145 faizlik gömrük rüsumu tətbiq olunacaq

Trampın gömrük tarifləri təkcə "Temu"nun reklam strategiyasını deyil, ümumilikdə biznes modelini alt-üst edib. Artıq Çin mənşəli bağlamalar 145 faizlik gömrük vergisinə məruz qalacaq. Həmçinin, dəyəri 800 ABŞ dollarından az olan malların gömrüksüz ölkəyə daxil olmasına imkan verən de minimis qaydası 2 may 2025-ci il tarixindən ləğv ediləcək.

Qiymətlər artırıla bilər

"Temu" və "Shein" kimi sürətli moda markaları gömrük tariflərinə cavab olaraq qiymətləri artırmağı planlaşdırır. Hər iki şirkət öz saytlarında qiymət artımı ilə bağlı xəbərdarlıq edən bildirişlər yerləşdirib.

"Temu" saytında yayılan açıqlamada deyilir: "Qlobal ticarət qaydaları və gömrük tariflərindəki son dəyişikliklər səbəbilə əməliyyat xərclərimiz artıb. Sevdiyiniz məhsulları keyfiyyətdən ödün vermədən təqdim etməyə davam etmək üçün 25 aprel 2025-ci il tarixindən etibarən qiymət tənzimləmələri edəcəyik".

Çin məhsulları satan "Amazon"un üçüncü tərəf satıcıları da tariflərin gətirdiyi əlavə xərcləri qiymətlərə əks etdirməyi nəzərdən keçirdiklərini bildiriblər. "TikTok Shop" platformasında fəaliyyət göstərən bir çox satıcı da məhsullarını Çin istehsalçılarından alır.

Qeyd edək ki, "Amazon" 2023-cü ilin noyabrında "Temu"ya rəqib olaraq, əsasən Çin mənşəli və 20 dollardan ucuz məhsulları əhatə edən "Amazon Haul" tətbiqini istifadəyə verib.

Reytinqlərdə gerilədilər

"Sensor Tower"ın məlumatına əsasən, "Temu" tətbiqi ABŞ-da uzun müddət pulsuz tətbiqlər siyahısında ilk onluqda yer alsa da, hazırda 69-cu pilləyə enib. "Shein" isə ötən ay 15-ci yerdə olduğu halda hazırda 42-ci sıradadır. Şirkətin sahibi "PDD Holdings"in ABŞ-da birjada satılan səhmləri bu ay "Nasdaq" indeksinin 6 faizlik ümumi düşüşü fonunda 22 faiz dəyər itirib. "Shein" isə özəl şirkət olaraq fəaliyyət göstərir.

Digər Çin pərakəndəçiləri, məsələn, Pekində yerləşən topdan satış platforması "DHgate" və "Alibaba"ya məxsus "Taobao", ABŞ-da ən çox yüklənən tətbiqlər sırasına yüksəlib. "Bloomberg"in məlumatına görə, bu uğurun arxasında ucuz məhsulları tanıdan viral videoların yaratdığı yükləmə çılğınlığı dayanır.

"SimilarWeb"in apardığı ayrı bir analiz göstərir ki, 11 apreldən etibarən "Temu"nun pullu trafiki – yəni reklamlar vasitəsilə sayta yönələn ziyarətlər – 77 faiz azalıb.

Reklam firması "Tinuiti" 5 aprel tarixində "Temu"nun "Google Shopping" reklamlarının ABŞ-da bütün görüntülənmələrin 20 faizini təşkil etdiyini müəyyən etmişdi. Yalnız bir həftə sonra bu göstərici sıfıra enmişdi. Müqayisə üçün, "Shein"in payı 12 apreldə 17 faiz təşkil edib, görüntülənmələrin 60 faizi isə "Amazon" tərəfindən alınıb.

"Temu" və "Shein" rəsmiləri şərh tələblərinə cavab verməyib.

"Temu" əvvəllər "Meta"nın ən böyük reklam verənlərindən biri idi, lakin görünən odur ki, platformada reklam xərclərini ciddi şəkildə azaldıb. "Meta"nın reklam kitabxanasında aparılan araşdırmaya görə, 17 aprel 2025-ci il tarixinə "Temu" ABŞ-da yalnız 6 reklam yayımlayır. Bununla belə, şirkət "Meta"ya məxsus sayt və tətbiqlərdə, xüsusilə Avropa və Böyük Britaniyada ümumilikdə 27 minə yaxın reklam yerləşdirir.

Bu vəziyyət "Meta"nın reklam gəlirləri üçün təhlükə yarada bilər. "Madison and Wall" şirkətindən reklam analitiki Brayan Vizerin hesablamalarına görə, "Meta" 2023-cü ildə əldə etdiyi 132 milyard dollarlıq reklam gəlirinin 7 milyard dollardan çoxunu Çindən əldə edib. Şirkət 2025-ci ilin ilk rüb nəticələrini 30 apreldə açıqlamağı planlaşdırır.

E-ticarət analitiki Yuozas Kaziyukenasa görə, "Temu" müəyyən müddətdən sonra ABŞ-da yenidən reklamlarına start verəcək, lakin hal-hazırda vəsaitlərini digər bazarlara yönəltməyə çalışır.

Kaziyukenas e-poçt vasitəsilə bildirib: “Bu, "Temu" istifadəçilərinin sayının tətbiq daxilində ciddi şəkildə azaldığı anlamına gəlmir. Amma yeni istifadəçi axınının dayandığı mənasına gəlir”.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni "Harri Potter"in çəkilişləri üçün bir milyard dollarlıq mini şəhər tikiləcək

Süni intellekt və 3D vizuallaşdırma: "Apple"ın "Matrix3D" texnologiyası nə vəd edir?

Bu ölkə Rusiya ilə sərhədə nəzarət üçün süni intellektdən istifadə edəcək

Qiymətə qarşı keyfiyyət: Bu yay Avropada ən yaxşı büdcəli istirahət şəhərləri

Məhkəmə qərarını dəyişmək adı ilə 5 550 manatlıq dələduzluq

Musiqi və alış-veriş: Müştəri davranışları necə formalaşır?

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti VƏFAT ETDİ

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti VƏFAT ETDİ

Azərbaycanda rəhbər vəzifəsində çalışan qadınlar - STATİSTİKA

“Ekoservis-A” şirkətinə məxsus texnika hərraca çıxarılır

Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi?

"Google"un həmtəsisçisi "Google Glass"ın uğursuzluğunu etiraf etdi

Bakıda parklanma məntəqələrinin sayı azaldılıb

Aİ Çindən göndərilən ucuz bağlamalara rüsum tətbiq edəcək

"Bitcoin" tarixi maksimumu yenilədi - 109 min dollar oldu

Çində oğurlanmış "iPhone"ların qlobal anbarı aşkarlandı

Mərkəzi Bank "Bakı Pambıq Əyirmə" ASC-ni cərimələyib

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsi olmayanların nəzərinə - İMTAHANSIZ VERİLƏCƏK

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb

Dünyanın ən zəngin NBA oyunçuları - Sərvətləri

Milli Depozit Mərkəzi ilə Qazaxıstan Fond Birjası arasında görüş keçirilib

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin