BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
68679

Vergi Məcəlləsinin 104.6-cı maddəsinə və 104.6-1-ci bəndinə uyğun olaraq, müəssisənin səhmlərindən əldə edilən gəlirin vergiyə cəlb olunması qaydaları müəyyən edilir. “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə baş mütəxəssisi Təbriz Məmmədli qanunvericiliyin bu tələbini  şərh edir.

Vergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən fond birjasında təqdim edilməsi istisna olmaqla, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. Bu zaman iştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən digər xərclər də çıxılır.

“Qiymətli kağızlar bazarı haqqında” Qanunun 1-ci maddəsində göstərilib ki, tənzimlənən bazar dedikdə, fond birjasının daxili qaydalarına uyğun olaraq ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alğı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistem nəzərdə tutulur.

Maddədən göründüyü kimi, müəssisənin səhmlərinin satışının əsasən 2 halı vardır:

1) Faktiki təqdimetmə qiymətinin səhmlərin mütənasib dəyərindən yuxarı olması;

2) Faktiki təqdimetmə qiymətinin səhmlərin mütənasib dəyərindən aşağı olması.

Birinci halda faktiki təqdimetmə qiyməti ilə nominal dəyər arasında olan fərq vergiyə cəlb edilən mənfəətdir. İkinci halda isə səhmlərin mütənasib dəyəri ilə nominal dəyər arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir.

Əvvəlcə kapitalın tərkib elementləri (xalis aktivlər), səhmlərin nominal dəyəri, səhmlərin mütənasib dəyəri və faktiki satış dəyəri anlayışları ilə tanış olaq.

Kapital nizamnamə kapitalı ehtiyat kapitalı, əlavə kapital və bölüşdürülməmiş mənfəətin cəmindən ibarətdir. Müəssisənin aktivlərindən bütün öhdəliklərini çıxsaq, xalis aktivlərini, yəni kapitalı almış oluruq. Səhmlərin nominal dəyəri onların ilkin və əsasən də dəyişməz dəyəridir. Səhmlərin mütənasib dəyəri xalis aktivlərin səhmlərinin sayına olan nisbətidir. Səhmlərin faktiki satış dəyəri onların real bazarda satıldığı qiymətdir.

Yuxarıda qeyd olunan maddənin birinci halını misal ilə izah edək:

Misal 1: Müəssisənin nizamnamə kapitalı, nominal dəyəri 1.000 manat olmaqla, 10 ədəd səhmdən ibarətdir. Səhmlərin mülkiyyətdə olma müddəti 3 ildən azdır. Müəssisənin bölüşdürülməmiş mənfəəti isə 10.000 min manat təşkil edir. Nəticə etibarilə müəssisənin xalis aktivlərinin dəyəri 20.000 manat (10.000 manat nizamnamə kapitalı + 10.000 manat bölüşdürülməmiş mənfəət) təşkil edir. Müəssisə il ərzində, hər biri 3.000 olmaqla, 5 ədəd səhmini satmaq qərarına gəlib (kütləvi təşkil edilmiş və tənzimlənən bazar istisna olmaqla). Belə olan halda, vergi məbləğini hesablayaq:

5 ədəd səhmin nominal dəyəri: 5 x 1000 = 5.000 manat;
5 ədəd səhmin mütənasib dəyəri: (20.000: 10) x 5 = 10.000 manat;
Faktiki satış dəyəri: 3.000 x 5 = 15.000 manat;
Vergiyə cəlb edilən mənfəət: 15.000 – 5.000 = 10.000 manat;
Vergi məbləği: 10.000 x 20% = 2.000 manat.

Buradan aydın görünür ki, faktiki satış dəyəri səhmlərin mütənasib dəyərindən yuxarı olduğu üçün faktiki satış dəyərindən səhmlərin nominal dəyəri çıxılır.
İndi isə yuxarıda qeyd olunan ikinci halı misalla izah edək.

Misal 2: Müəssisənin nizamnamə kapitalı, nominal dəyəri 1.000 manat olmaqla, 10 ədəd səhmdən ibarətdir. Səhmlərin mülkiyyətdə olma müddəti 3 ildən azdır. Müəssisənin bölüşdürülməmiş mənfəəti isə 10.000 manat təşkil edir. Nəticə etibarilə müəssisənin xalis aktivlərinin dəyəri 20.000 manat (10.000 manat nizamnamə kapitalı + 10.000 manat bölüşdürülməmiş mənfəət) təşkil edir. Müəssisə il ərzində, hər biri 1.500 manat olmaqla, 5 ədəd səhmini satmaq qərarına gəlib (kütləvi təşkil edilmiş və tənzimlənən bazar istisna olmaqla). Belə olan halda vergi məbləğini hesablayaq.

5 ədəd səhmin nominal dəyəri: 5 x 1.000 = 5.000 manat;
5 ədəd səhmin mütənasib dəyəri: (20.000 : 10) x 5 = 10.000 manat;
Faktiki satış dəyəri : 1.500 x 5 = 7.500 manat;
Vergiyə cəlb edilən mənfəət : 10.000 – 5.000 = 5.000 manat;
Vergi: 5.000 x 20% = 1.000 manat.

Misalın həllindən də aydın görünür ki, faktiki satış dəyəri səhmlərin mütənasib dəyərindən aşağı olduğu üçün səhmlərin mütənasib dəyərindən səhmlərin nominal dəyəri çıxılır.

Vergi Məcəlləsinin 106.1.19 -cu maddəsində isə göstərilib ki, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi vergidən azaddır. Yuxarıda qeyd etdiyimiz hər iki misalda müəssisənin səhmlərinin mülkiyyətində olma müddəti 3 ildən artıq olarsa, mənfəəti 50 faiz azaldılaraq hesablanacaq.
Maddədə qeyd olunan əlavə bir halı da misal vasitəsilə izah edək.

Misal 3: Müəssisə nominal dəyəri 1.000 manat olan 1 ədəd səhmi 1.500 manata alıb (müəssisə üçün qudvil yaranır). Alğı-satqı zamanı bu əməliyyatla bağlı xərclər 200 manat təşkil edib və həmin səhmi 2.000 manata satıb. Bu zaman vergi hansı məbləğdən hesablanacaq?

Nominal dəyər: 1.000 manat;
Alış dəyəri: 1.500 manat;
Alqı satqı xərcləri: 200manat;
Satış dəyəri: 2.000 manat.
Vergiyə cəlb edilən dəyər: 2.000 - (1.500 + 200) = 300 manat.

Qeyd edək ki, 2025-ci ildən Vergi Məcəlləsinə 104.6-1-ci maddə əlavə olunub. Həmin maddəyə əsasən, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir.

Misal 4: Müəssisə 2025-ci ildə, alış dəyəri 1.200 manat və alışla bağlı digər xərcləri isə 300 manat olmaqla, 10 ədəd səhm alıb. Bir səhmin nominal dəyəri 500 manat olub. Müəssisə həmin ildə ədədi 2.000 manat olmaqla 1 ədəd səhmini fond birjasında satmaq qərarına gəlib. Bu halda, vergi məbləğini hesablayaq:

Səhmin alış dəyəri: 1.200 manat;
Digər xərclər: 300 manat;
Səhmin satışı dəyəri: 2.000 manat;
Mənfəət: 2.000 - (1.200 + 300) = 500 manat;
Vergi məbləği: 500 x 20% = 100 manat.

Göründüyü kimi, səhmlər fond birjasında satıldığı üçün satış dəyərindən alış dəyəri və onunla bağlı digər xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunur, yəni burada nominal dəyər rol oynamır.

©vergilər.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarder Trampın ticarət siyasətini tənqid etdi

Rəsmi servis, yoxsa "ölüxana"? - Sürücülərə aldanmamaq üçün məsləhətlər

DİN-dən kiberdələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Yəqin özlərinə iş tapa bilmirlər - Deputatdan dil imtahanına əsəbi REAKSİYA

Azər Badamovun Moskva aeroportunda saxlanılmasına rəsmi Bakıdan REAKSİYA

"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?

"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?

“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib

Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb və deport edilir

Bu gün 27 mindən çox şagird imtahan verib: Bir nəfərdə "ağıllı" saat aşkarlanıb

Silinən zolağa görə sürücülərə 100 manat cərimə yazılır: məsuliyyət kimdədir? - AÇIQLAMA

"Meta"nın gizli süni intellekt təcrübəsi - Məhkəmə mübahisələrə səbəb oldu

Dünyanın ən ağıllı ölkələri açıqlandı: Azərbaycan İQ reytinqində neçəncidir?

Banan tullantısı tekstil sənayesinə girir - Alimlərdən ekoloji kəşf

Tramp Konqresdən rekord milli təhlükəsizlik büdcəsi tələb edəcək

Kriptovalyuta bazarının son göstəriciləri

22 illik fəaliyyət – “Skype” niyə bağlanır? - SƏHƏR OXUSU

22 illik fəaliyyət – “Skype” niyə bağlanır? - SƏHƏR OXUSU

Yol-nəqliyyat hadisələrinin gizli səbəbləri: "Qəza şəraitini yaradan" kimlərdir?

Ölkəmizə gələn turistlərin sayı azalıb?

Qafqazda kazino biznesi necə inkişaf edir?

Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Amerikalı hakim "Apple"ı məhkəmə qərarını pozmaqda ittiham etdi

Azərbaycan komandası “TECHNOFEST-2025”də birinci yer tutub

Balakəndəki unikal abidə ilə bağlı sirr - Dünyanın nadir tarixi abidələrindən biri

Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?

Cəlilabadda güclü yağışlar qədim yaşayış məskənini üzə çıxartdı

“Uber”robot taksilərə keçir

“Uber”robot taksilərə keçir

Çin elektromobilləri dünyanı ələ keçirir: ABŞ şirkətləri sağ qalacaqmı?

Bakı metrosunda enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb (YENİLƏNİB)

Türkiyə parlamentinin sədr müavini vəfat etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin