
14.04.2025 / 17:18
İqtisadiyyat Nazirliyinin portalı ləğv edilir
68535
Əmlak Məsələləri Dövlət Xidmətinin “www.e-emlak.gov.az” portalı ləğv edilir.
Valyuta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət istiqamətləri üzrə həyata keçirilən elektron xidmətlərin təqdim edildiyi Elektron Xidmətlər Portalı 1 may 2025-ci il tarixindən ləğv edilir.
Məlumata görə, portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına inteqrasiya edilib. Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərdən istifadə etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına keçid edə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay