
Yarım milyonluq layihə - Ağdamın yolları yenilənəcək
Ağdam Rayon İcra Hakimiyyəti yolların təmiri olunması məqsədi ilə müqavilə bağlayacaq.
Valyuta.az xəbər verir ki, İcra Hakimiyyəti əsaslı yol təmiri işlərinin həyata keçirilməsi üçün 2 tender elan edib. Belə ki, bu tenderləri satın alacaq şirkətlər üçün təyin olunmuş ümumi dəyər 560 000 manat olaraq hesablanıb.
Məlumata əsasən, ilkin tender Ağdam rayon ərazisində yolların əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə bağlıdır. Bu müqavilənin icrası üçün 270 000 manat məbləğ təyin olunub.
İcra Hakimiyyətinin digər tenderini alacaq olan şirkət üçün 299 000 manat təklif olunacaq. Bu tender isə Ağdam rayon Quzanlı qəsəbəsi H. Əliyev Prospektində yolun əsaslı təmiri işlərinin satınalınması ilə bağlıdır.
Qeyd edək ki, hər iki tender üçün təkliflərin son təqdim olunma tarixi may ayının 6-sı təyin olunub.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay