BAKU Azərbaycan
17.18°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68813

"Meta"nın baş direktoru Mark Zukerberqin 2022-ci ildə "Facebook" platformasında istifadəçi aktivliyini artırmaq üçün radikal bir ideya irəli sürdüyü ortaya çıxıb. 

Valyuta.az xəbər verir ki, Antitrest məhkəməsi zamanı üzə çıxan şirkət daxili yazışmalarında Zukerberqin istifadəçilərin dost siyahılarını tamamilə sıfırlamağın platformadakı qarşılıqlı əlaqəni artıracağını düşündüyü məlum olub.

"Hamının dost siyahısını sıfırlayaq" təklifi

"The Verge" nəşrinin müavin redaktoru Aleks Hitin məhkəmə salonundakı müşahidələrinə əsasən, Zukerberq bu təklifi şəxsən dilə gətirib. O, "Facebook"un mədəni əhəmiyyətinin azaldığını və belə bir dəyişikliklə istifadəçilərin platformada daha aktiv ola biləcəyini ifadə edib.

Lakin belə bir addımın istifadəçi itkisinə səbəb ola biləcəyini anlayan Zukerberq bu ideyanı əvvəlcə daha kiçik bir ölkədə sınaqdan keçirməyi və tədricən tətbiq etməyi təklif edib. Onun elektron məktublarında "Instagram" və "WhatsApp" nə qədər uğurlu olsa da, əgər "Facebook" zəifləsə, "Meta"nın ciddi çətinliklərlə qarşılaşacağını düşündüyü açıq şəkildə görünür.

Rəhbərlik arasında fikir ayrılığı

"Business Insider"ın məlumatına görə, "Facebook" prezidenti Tom Allison Zukerberqin bu təklifinin real həyata keçirməyə uyğun olub-olmadığından əmin olmadığını bildirib. O, "Facebook" dostluqlarının "Instagram" kimi digər platformalardakı funksiyalarla əlaqəli olduğunu və belə bir dəyişikliyin riskli ola biləcəyini qeyd edib.

Zukerberq həmçinin profillərin izləyici modelinə keçirilməsinin nə qədər çətin ola biləcəyini sorğulayıb. ABŞ Federal Ticarət Komissiyasının vəkilinin məhkəmədə bu ideyanı xatırlatması zamanı o, "Bildiyim qədərilə biz bunu heç vaxt etmədik" cavabını verib.

"Facebook" azalan populyarlığa qarşı mübarizə aparır

"Meta"nın "Facebook"un azalan populyarlığından narahat olduğu artıq açıq şəkildə görünür. Hərçənd Zukerberqin dost siyahılarını sıfırlama təklifi həyata keçirilməyib, şirkət xəbər lentini dostlara yönəlmiş yeni bir bölmə ilə yenidən quraraq istifadəçi təcrübəsini dəyişdirməyə çalışıb.

Zukerberq 2024-cü ildən etibarən "Facebook"un öz orijinal sosial şəbəkə kimliyinə daha çox diqqət ayıracağını bildirib. Lakin bu dəyişikliklərin platformaya əvvəlki aktivlik səviyyələrini qaytarıb-qaytarmayacağı hələlik qeyri-müəyyən olaraq qalır.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bakının daha bir küçəsi avtomobillərin hərəkəti üçün TAM BAĞLANDI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin