
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb
2025-ci ilin I rübündə əsas kapitala 3 mlrd. 467.7 mln. manat məbləğində investisiya yönəldilib.
Valyuta.Az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.1 % daha azdı.
Bundan əlavə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24.2 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2.4 % azalıb.
İstifadə olunmuş investisiyanın 1 mlrd. 814.6 mln. manatı və ya 52.3 %-i məhsul istehsalı sahələrinə, 970.2 mln. manatı və ya 28 %-i xidmət sahələrinə, 682.9 mln. manatı və ya 19.7 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 2 mlrd. 519 mln. manatını və ya 72.6 %-ni isə daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 2 mlrd. 693.5 mln. manatı və ya 77.7 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay