
11.04.2025 / 20:38
İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi
68436
Xətai rayonu, Nəcəfqulu Rəfiyev 20 ünvanında yerləşən “Neptun” marketdən oğurluq edən şəxs saxlanılıb.
Valyuta.az-ın məlumatına görə, 1964-cü ildə Qazax rayonunda anadan olan G.H saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Təqsirləndirilən şəxs “Neptun supermarket”də maddi vəziyyəti pis olduğu üçün 41 manat dəyərində bir şüşə “Bulbash” markalı arağı götürüb.
G.H saxlanılarkən oğurladığı arağı polisə təhvil verib.
Məhkəmənin qərarı ilə, o 23 gün müddətinə inzibati həbs edilib.
Sabiq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay