BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.9604
  • RUB
    2.1022
  • TRY
    0.0444
  • GBP
    2.2786
68408

Sosial Tədqiqatlar Mərkəzi taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında sosioloji sorğu keçirib. 

Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti ilə məşğul olanların 54.6%-i 35 yaş və ondan aşağı yaş qrupuna, 27.5%-i 36-45 yaş qrupuna, 12.3%-i 46-55 yaş qrupuna, 5.7%-i 56-65 yaş qrupuna mənsub olan şəxslərdir.  Sorğuda taksi sürücülərinin 38.7%-i taksi fəaliyyəti ilə gündəlik orta hesabla 8 saat və ya ondan az, 22.6%-i 8-10 saat, 38.7%-nin isə 10 saatdan çox işlədiyi məlum olub. Başqa sözlə, taksi sürücülərinin yarıdan çoxu (61.3%-i) gündəlik orta hesabla 8 saatdan çox işləyir.

Taksi sürücülərinin 10 saatdan çox sükan arxasında olması onların yorğunluğuna, bəzən isə sükan arxasında yuxulamasına səbəb olur. Bu zaman isə nəticə ya avtomobil qəzası hadisələri, ya da bir və ya bir neçə şəxsin ölümü ilə nəticələnir. 

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır?

Valyuta.az xəbər verir ki, Nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, taksi sürücülərinin iş qrafiki qanunla tənzimlənməlidir:

"Qanunda deyir ki, taksi sürücüsü normalda 8 saat işləməlidir. Amma beynəlxalq təcrübəyə baxanda görürük ki, taksiləri 12-14 saat işləyən ölkələr var. Bu, normal deyil. Hesab edirik ki, Azərbaycanda 8-10 saat kifayət edir, ancaq burada şirkət və parkların sürücülər üzərində tələblərinə diqqət etmək lazımdır”.

Elməddin Muradlının sözlərinə görə, bəzi park və şirkətlər sürücülər qarşısında elə tələblər qoyurlar ki, bunu yerinə yetirmək çox çətindir:

"Günə 20-25 gediş etməlisən və s. Bunlar ağır tələblərdir. Sürücülər də narazılıq edir ki, qiymətlər aşağıdır, aşağı qiymətə işləyirik, gedişlər qiymətə uyğun deyil, istismar olunuruq. Bu məsələlər özü də haradasa qanunla tənzimlənməlidir. İş və istirahət rejimi ilə bağlı respublikanın qəbul etdiyi qanunlar var və ona uyğun hərəkət etmək lazımdır”.

Ekspert hesab edir ki, bu açıq qalan məsələlər tezliklə həllini tapmalıdır:

"İstirahət məsələsinə diqqət artırılmalıdır. Bəzən sürücülər deyir ki, cavanıq, işləyəcəyik, heç nə olmaz və s. Bu, normal deyil, risk etmək olmaz. Bu gün reallıqlardan danışsaq, görəcəyik ki, taksi sahəsi qəlizdir, onu nizamlamaq həqiqətən ağır prosesdir. Hesab edirəm ki, məsələyə qanunvericilik prizmasından baxılmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Barot MM Group”un 189 min manat borcu üzə çıxdı

Kosmosda atom saatı zamanı: BKS-də yeni təcrübə fizika qanunlarını sınaqdan keçirir

7 il sonra vəzifəsindən çıxarıldı

ABŞ qurumu "Apple"ı süni intellektlə bağlı yalan reklamda ittiham etdi

"OpenAI" "Chrome" brauzerini satın almaq istəyir

BP: “Şahdəniz” layihəsinə təxminən 30 milyard ABŞ dolları kapital qoyulub

“Azərenerji”nin 1,4 milyonluq tenderi niyə ləğv edilib?

Benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir? — VİDEO

“Azpromo”ya məxsus "Mitsubishi Lancer" 2 400 manata satıldı

Komitə sədri: Pensiya yaşı azaldılmır, dəyişiklik güzəştli ödənişlərlə bağlıdır

Komitə sədri: Pensiya yaşı azaldılmır, dəyişiklik güzəştli ödənişlərlə bağlıdır

Azərbaycanda yumurtanın qiyməti ilə bağlı ZİDDİYYƏT

Qubada körpü çöküb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib

Mark Zukerberq "Instagram"ın inkişafını bilərəkdən ləngitməkdə ittiham olunur

“Çin bu gün Azərbaycan üçün ən çox arzuolunan iqtisadi tərəfdaşdır”- İqtisadçı

Sumqayıtda 6000 manatlıq "Lamborgini" dələduzluğu

İşdən çıxmaq üçün məhkəməyə müraciət etdi

Satışda olan nehrə yağlarında bakteriya aşkarlandı

Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq

"International Leasing" 1 milyon borca girir - Təminat da verilmir

"International Leasing" 1 milyon borca girir - Təminat da verilmir

"DİM-in heç vaxt sabit kursu olmayıb, həmişə bunun bəlasını abituriyentlər çəkib" - AÇIQLAMA

Azərbaycan ötən il dövlət sifarişi ilə 127 milyon manatlıq ərzaq alıb

Aİ "Apple"ı 570, "Meta"nı 228 milyon avro cərimələdi

55 min dollar və 156 ədəd qızıl-zinət əşyası - “BTB BANK”dan OĞURLUQ

"Azərbaycan Dəmir Yolları"na əlavə maya qoyulub

Dünyanın ən yaxşı avtomobili - AÇIQLANDI

"BakuDent" klinikası cərimələndi

Sədr: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır

Nazirlikdən işdən çıxarılan rəis müavini ilə bağlı AÇIQLAMA

"MTK-lar at oynadırlar" - Deputat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin