BAKU Azərbaycan
16.63°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69173

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri, Azərbaycan və Çin arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsi və yeni əməkdaşlıq perspektivlərinin açılması istiqamətində yeni bir mərhələnin əsasını qoydu. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın beynəlxalq arenada yerini daha da gücləndirməyə yönəlmiş strateji bir addım kimi qiymətləndirilə bilər. 

Səfər zamanı aparılan ikitərfli dioloqlar, imzalanan müxtəlif rəsmi sənədlər bu səfərin həm Azərbaycan, həm də Çin üçün əhəmiyyətinin bariz nümunəsidir. 

Prezidentin səfərini Valyuta.az-a şərh edən iqtisadçı Eldəniz Əmirov vurğulayıb ki, Çin və Azərbaycan arasında olan iqtisadi münasibətlər son dövrlər inkişaf etməkdədir:

“Bunun başlıca iki səbəbi var. Bu səbəblərdən biri Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nifuzudursa, digər səbəbi isə Çininin özünün iqtisadi baxımdan potensialının Çin sərhədləri daxilinə yerləşməməsidir. 2013-cü ildə “Bir kəmər, bir yol” təşəbbüsünün yaranmasına səbəb də, elə məhz bu faktor idi və Azəbaycan da bu təşəbbüsə qoşulan ilk ölkələrdən idi”.

İqtisadçı əlavə edib ki, Azərbaycan qloballaşan dünyada müasir trendlərə uyğun bir iqtisadi model formalaşdırmaq istəyirsə, bunun üçün də ən arzuolunan tərəfdaş Çindir: 

“Ona görə ki, Çin dünyada iqtisadi ideyalar, bu ideyaları layihəyə və son məhsula çevirən, bunun üçün ən qısa zaman sərf edən ölkədir. Yəni, bir iqtisadi ideya dünyanın aparıcı ölkəsi olan ABŞ-də formalaşırsa, daha sonra onun layihəyə və son məhsula keçməsi üçün bir və ya bir neçə il lazım gəlirsə, Çində bu proses bir neçə aya tamamlanır. Hətta bəzi ideyalar bir neçə gün ərzində ideyadan real məhsula çevrilə bilir. İdeya və real məhsul arasında olan zaman Çində o qədər qısaldılıb ki, bu da qloballaşan dünya ilə daha çevik ayaqlaşmağa imkan verir və Çinin sözün həqiqi mənasında iqtisadi qüdrətini artırır. Çin avtomobil sənayesi yuxarıda qeyd etdiyim məsələyə ən bariz nümunədir. Çinin bu xüsusiyyəti Azərbaycan üçün çox önəmlidir”.

Eldəniz Əmirovun sözlərinə görə, Çin artıq öz iqtisadi potensialı ilə sərhədlərinə sığmayan ölkəyə çevrilib:

“O, daha da genişlənmək və yeni etibarlı tərəfdaşlar axtarır. Azərbaycan isə bu mənada onun üçün həm etibarlı, həm də strateji baxından əvəzolunmaz tərəfdaşdır. Odur ki, 2024-cü ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 27,7% artaraq 3,7 milyard dollara çatsa da, bu rəqəm hələ potensialdan çox uzaqdır. Hazırda qarşılıqlı investisiya və idxal-ixrac imkanlarının genişlənməsi bu rəqəmi dəfələrlə artırmaq potensialına malikdir”. 

Həmsöhbətimiz bildirir ki, bu səfər çərçivəsində atılan ən uğurlu addım Azərbaycan və Çin arasında viza rejiminin ləğvi oldu:

“Bundan sonra Azərbaycan sahibkarları Çində sərgilərə, işgüzar danışıqlara və.s işlərə viza almadan gedə biləcək. Bu isə həm idxal çeşidinin zənginliyi, həm də öz məhsullarımızın, xüsusilə kənd təsərrüfatı və qidalarımızın bu ölkədə təbliği üçün real fürsətdir. Çinli investorlar da eynilə ölkəmizə vizasız səfər edə biləcəyi üçün sənaye zonalarımıza, texnoparklarımıza və innovasiya layihələrimizə yeni sərmayələrin cəlb olunması şansı artacaqdır”.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin