BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9581
  • RUB
    2.0781
  • TRY
    0.0445
  • GBP
    2.2754
68369

"Bu gün "28 May" stansiyasında həm "İçərişəhər", həm də "Dərnəgül" istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur. Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da "28 May" stansiyasından yalnız "İçərişəhər" və "Həzi Aslanov" istiqamətinə, "Cəfər Cabbarlı" stansiyasından isə yalnız "Dərnəgül" və "Xətai" istiqamətinə gedən qatarlara minik mümkün olacaq".

Valyuta.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Bakı metropolitenində xətlərin ayrılması istiqamətində başlanılan kompleks tədbirlərlə bağlı yaydığı məlumatda bildirilib. 

Bildirilib ki, əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər:

"Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcək. Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaq. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda güclü zəlzələ oldu - YENİLƏNİB

Yeni binalarda istilik şəbəkəsi məcburi olacaq - Vahid sistem olacaq

Bu ərazilərdə söküntü olacaq - Kompensasiya şərtləri açıqlandı

“Melissa Group”un rəhbərinin həbs müddəti uzadıldı

Ali məktəb ixtisaslarının keçid balları açıqlandı

Ali məktəb ixtisaslarının keçid balları açıqlandı

Bakıda məşhur şadlıq evləri cərimələndi - SİYAHI

Alatavada qanunsuz söküntü ilə bağlı saxlanılan ekskavator sürücüsünün həbs müddəti uzadıldı

"JP Morgan"dan qızıl qiymətləri ilə bağlı böyük proqnoz

"Bitcoin" sürətli yüksəlir... - Mütəxəssislər yeni hədəf qiyməti açıqladı

“Azər-Türk Bank”ın ümidsiz milyonları

İdeyadan reallığa: Yeni nəsil startaplar parlaq gələcək vəd edir

Sabah bəzi yerlərdə yağış yağacaq, duman olacaq

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlandı - SİYAHI

Bu xəstəxana direktorlarının ölkədən çıxışına "stop" qoyula bilər

Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb

"İdeyanı sat, investisiya cəlb et" - Azərbaycanda yeni platforma istifadəyə verildi

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

Məkkəyə viza olmadan giriş qadağan edildi

Bakıda yağış yağacaq

Nazir rəisi təqaüdə göndərdi - Yeni təyinat

Satılan "Kirayə mənzillər" yenidən satışa çıxarıldı - Bu dəfə daha baha qiymətə

Zaur Kərimov istefa verdi

Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?

Süni intellektlə iş müsahibəsinə hazırlaşdı, universitetdən qovuldu - İndi yaratdığı alətlə milyonlar qazanır

Keçmiş SSRİ və region ölkələrində maaşlar - Azərbaycan neçəncidir?

3 aya 108 maşın yanıb - Sürücülərə xəbərdarlıq

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir

Azərbaycanda yeni qanun hazırlandı

İnflyasiya proqnozu yeniləndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin