BAKU Azərbaycan
20.22°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69113

Kolumbiya Universitetindən qovulan tələbə süni intellektlə  “hər şeydə köçürmək” imkanı yaradan “Cluely” adlı startap yaradıb. 

Valyuta.az xəbər verir ki, 21 yaşlı Çunqin “Roy” Li bazar günü elan edib ki, o və komandası “Cluely” adlı startapı üçün “Abstract Ventures” və “Susa Ventures” fonlarından ümumilikdə 5,3 milyon dollar ilkin sərmayə cəlb edib.

Bu startap istifadəçilərə süni intellekt aləti vasitəsilə “hər şeydə köçürməyə” şərait yaradır. “Cluely” layihəsi Li-nin “X” platformasında paylaşdığı və sürətlə yayılan bir mövzu ilə gündəmə gəlib. Həmin paylaşımda o, proqramçıların iş müsahibələrində uğur qazanmaq üçün yaratdıqları alət səbəbilə Kolumbiya Universitetindən müvəqqəti olaraq uzaqlaşdırıldığını açıqlayıb. Bu alət əvvəllər “Interview Coder” adlanır və indi “Cluely”nin əsas funksiyalarından biri kimi təqdim olunur.

Məlumata görə, “Cluely” startapı istifadəçilərə imtahanlarda, satış zənglərində və iş müsahibələrində kömək edəcək süni intellekt alətini təqdim edir. Alət brauzerdə görünməyən gizli pəncərə vasitəsilə işləyir və nə müsahibəni aparan, nə də test götürən şəxs tərəfindən aşkar edilə bilmir.

Startapın CEO-su və həmtəsisçisi Roy Li bu ayın əvvəlində “TechCrunch”a bildirib ki, “Cluely”nin illik təkrarlanan gəliri (ARR) artıq 3 milyon dolları keçib. Digər həmtəsisçi, yenə 21 yaşlı Nil Şanmugam da Kolumbiyada oxuyarkən layihəyə görə intizam tədbirləri ilə üzləşib. Hər iki tələbə universitetdən ayrılıb. Kolumbiya Universiteti şəxsi məlumatların qorunması səbəbilə şərh verməkdən imtina edib.

“Cluely” ilkin olaraq proqramçılara “LeetCode” platformasındakı suallara köçürmək üçün nəzərdə tutulub. Li bildirib ki, bu alətlə “Amazon” şirkətində təcrübə proqramına qəbul olunub, lakin “Amazon” “TechCrunch”-a bu barədə rəy verməyib və sadəcə qeyd edib ki, namizədlər müsahibə zamanı icazəsiz vasitələrdən istifadə etməməlidirlər.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin