
10.04.2025 / 19:59
Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı
68353
Qaradağ rayonu, Qobustan qəsəbəsində idman zalının tikintisini davamı üçün əlavə olaraq 1.6 milyon manat ayrılıb.
Valyuta.Az xəbər verir ki, bu, Gənclər və İdman Nazirliyi tərəfindən elan edilən tenderdə öz əksini tapıb.
Məlumata əsasən, bu dəfə elan edilən tender 1.619.799,17 AZN dəyərindədir.
Tender 12 may 2025-ci il tarixinə qədər davam edəcək.
Xatırladaq ki, bu ay Nazirlik Qaradağ rayonu, Səngəçal və Ələt qəsəbələrində yerləşən mini-futbol meydançası və idman zallarının tikintisi işlərinin satın alınması ilə bağlı “Modern Construction” MMC ilə 3.7 milyon manatlıq müqavilə imzalayıb.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay