BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9359
  • RUB
    2.0852
  • TRY
    0.0444
  • GBP
    2.2618
68331

"Azərişıq" ASC işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi ilə təchizatın genişləndirilməsi məqsədilə ümumi dəyəri 13 milyon 941 min 643 manat olan yeni infrastruktur layihələrini gündəmə gətirib.

"Valyuta.az" xəbər verir ki, bu çərçivədə Ağdam rayonunun Güllücə, Nəmirli, Tağıbəyli, Qərvənd və Salahlı Kəngərli kəndlərini əhatə edən ərazilərdə 35 kV-luq yeni iki dövrəli ÖİN (SİP-3) elektrik verilişi xəttinin inşası nəzərdə tutulur. Sözügedən layihə üzrə təxmini maliyyə dəyəri 9 milyon 563 min 540 manat təşkil edir.

Digər bir təşəbbüs isə "Ağdərə" və "Suqovuşan" yarımstansiyalarını birləşdirəcək 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) elektrik xəttinin çəkilişini əhatə edir. Bu layihənin planlaşdırılan büdcəsi 4 milyon 378 min 102 manat müəyyən olunub.

Hər iki layihə üzrə sənəd qəbulu müddəti 2025-ci il mayın 12-dək davam edəcək.

Qeyd edək ki, "Azərişıq" ASC daha öncə Kəlbəcər şəhəri (1-ci faza) üzrə transformator məntəqəsinin tikintisi və 35 kV-luq elektrik xəttinin çəkilməsi üçün 2 milyon 430 min 750 manatlıq maliyyə çərçivəsində yeni bir layihəyə də start verib. Bu istiqamətdə sənədlərin qəbul müddəti də mayın 12-si tarixində başa çatacaq. 

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Qaynarinfo" 18 yaşını qeyd edir

BOKT-un lisenziyası könüllü şəkildə ləğv edilib

“Süni intellekt modellərinin necə işlədiyini başa düşməkdə acizik” – Tanınmış tədqiqatçı

İyunda 13 gün iş olmayacaq

Diplomatlara təminat və kompensasiyaların verilməsi ilə bağlı yeni QƏRAR

Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib®

Azərbaycanda satışın öz “kodu” var: Müştəri yox deyir, amma son qərarı deyil

"S&P" açıqladı: Sığorta sektorumuz risk qiymətləndirməsində yenə 5-ci pillədə

Bankda hesab açmağın qaydası dəyişdi - Yeniliklər

Bankda hesab açmağın qaydası dəyişdi - Yeniliklər

Harvard 1 milyard dollarlıq aktivini satmaq istəyir - “Bloomberg”

Hakerlər bank kartları ilə bağlı hansı sualları verirlər? - VİDEO

Hüquqşünaslıq ixtisasında keçid balları

AQTİ-yə məxsus üç avtomobil neçəyə satılıb?

Neftimizin qiyməti 68 dolları ötdü

Bakıda zəlzələ riski: Binalar sarsıntıya tab gətirə bilər? (VİDEO)

"OpenAI"dan sonra daha bir şirkət "Chrome" brauzerini almaq istəyir

Şadlıq evləri toy sahibinə qəbz təqdim edəndə qiymətlər daha yüksək olur?

Rubl və avronun qiməti düşür - Günün məzənnəsi

Yapon nəhənglərindən böyük kvant addımı: 256 kubitlik kompüter təqdim edildi

Kriptovalyuta bazarında son qiymətlər - "Bitcoin" 93 min dollar oldu

Banklar kimi "unikal əmanətçi" hesab edir?

5 cür pul xərcləyən insan tipi var - Kimlər necə xərcləyir? -SƏHƏR OXUSU

5 cür pul xərcləyən insan tipi var - Kimlər necə xərcləyir? -SƏHƏR OXUSU

"Boeing" Çin üçün təyyarə istehsalını dayandırmaqla hədələyir

ChatGPT üçün təhlükə zəngləri: Süni intellekt sahəsində daşlar yerindən oynayır

"Microsoft" "ağ hakerlər"ə 1,6 milyon dollar mükafat ödəyib

“ZEN Architects and Construction” şirkətinin xeyli miqdarda vergi borcu var

Kommunal təsərrüfata rəhbərlik edəcək dövlət qurumunun yaradılması təklif olunur – Hansı üstünlükləri var?

"Youtube"un yeni, gözlənilməz funksiyaları nələrdir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin