
987 manatlıq qan alınıb - Bu ölkələrdən
Bu ilin yanvar ayında Azərbaycana 390 kiloqram insan qanı, müalicəvi məqsədlər üçün hazırlanmış heyvan qanı və digər analoji məhsullar idxal olunub.
Valyuta.az statistik mənbələrə əsasən xəbər verir ki, idxal 24,6 min ABŞ dolları hesabına başa gəlib.
Məlumata əsasən, Azərbaycan idxalı Qazaxıstan, ABŞ və Almaniya ilə həyata keçirib.
Belə ki, Qazaxıstandan Azərbaycana 350 kq, insan qanı, müalicəvi məqsədlər üçün hazırlanmış heyvan qanı və digər analoji məhsulları idxal olunub. Bu idxal prosesi 11,6 min ABŞ dolları hesabına başa gəlib. Belə ki, adı çəkilən məhsulların 1 kiloqramı 33,14 dollar və ya 56 manat 34 qəpik olaraq hesablanıb.
İdxalda iştirak edən ABŞ-dən Azərbaycana 10 kiloqram olaraq, 5,81 min ABŞ dolları dəyərində adı çəkilən məhsullar idxal olunub. Bu ölkədən gətirilən məhsulların 1 kiloqramı 581 dollar və yaxud 987 manat 70 qəpik olub.
Azərbaycana insan qanı, müalicəvi məqsədlər üçün hazırlanmış heyvan qanı və digər analoji məhsulları idxal edən Almaniyadan 7,2 min ABŞ dolları dəyərində 40 kiloqramlıq idxal həyata keçirilib. Nəticə etibarı ilə demək olar ki, bu ölkədən adı çəkilən məhsulun 1 kiloqramını 180 dollara və yaxud 306 manata satın almışıq.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay