
Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır
20 may tarixində Dövlət Gömrük Komitəsinə məxsus 18 müxtəlif markalı nəqliyyat vasitəsi hərraca çıxarılacaq.
Valyuta.az xəbər verir ki, "VAZ 21214", "Hyundai Accsent", "Fiat Doblo Panarama Active", "Volkswagen Caddy", "Neksiya", "Nissan Maxima" və "Nissan X-Trail" minik avtomobilləri 43 min 650 manat ilkin qiymətlə satışa çıxarılacaq.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə məxsus "Mitsubishi L200" markalı 33 minik avtomobili isə 352 min 980 manat start qiymətlə hərraca çıxarılacaq.
Daxili İşlər Nazirliyi Polis Akademiyasının "Foton Forland" markalı yük avtomobili 6 min 480 manat, "QAZ 330720-1012-09-122" markalı yük avtomobili isə 5 min 580 manat ilkin start qiymətlə satışa çıxarılacaq.
Qeyd edək ki, nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
Hərraca çıxarılacaq avtomobillərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz:
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay