
Sığorta daxilolmaları artıb - İşsizlikdə 14%-lik yüksəliş
Bu ilin yanvar-mart aylarında muzdlu işçilərin sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 474,5 milyon manatdan çox təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz və ya 154,4 milyon manat çoxdur.
Qeyri-büdcə təşkilatları üzrə bu mənbədən daxilolmalar 13,6 faiz artaraq 963,5 milyon manatı ötüb.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar da artım nümayiş etdirib. Belə ki, bu ilin ilk üç ayında bu istiqamətdə daxilolmalar 52,3 milyon manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14 faiz artım deməkdir. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da eyni faizlə artaraq 39,5 milyon manata yaxınlaşıb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 260 milyon manatdan çox olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz çoxdur. Qeyri-büdcə təşkilatları üzrə bu daxilolmalar 9,7 faiz artaraq 180,9 milyon manata yaxın təşkil edib.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay