BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9308
  • RUB
    2.0666
  • TRY
    0.0447
  • GBP
    2.2463
67949

Adı Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək külli miqdarda kredit götürməkdə hallanan "Gemza Group" MMC-nin dövlət qarşısında vergi borcu yaranıb.

Valyuta.az xəbər verir ki, şirkətin vergi borcunun məbləği hazırda 56 633,27 manat təşkil edir.

Eyni zamanda, şirkətin nizamnamə kapitalında da dəyişiklik edilib. Təsisçi Zamin Əliyev tərəfindən əlavə maliyyə yatırımı hesabına nizamnamə kapitalı 400 manata qədər artırılıb. Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən "Gemza Group" MMC-nin əvvəlki nizamnamə kapitalı cəmi 40 manat idi.

Baxmayaraq ki, şirkətin nizamnamə kapitalı olduqca aşağıdır, onun fəaliyyət sahələri kifayət qədər genişdir. Keçən ilin sonlarında "Gemza Group" neft-qaz sektoruna xüsusi kimyəvi maddələrin tədarükü ilə məşğul olan "Novochem-Azerbaijan" şirkətini satın alıb. Şirkət mühəndislik, satınalma və təmir xidmətləri göstərir, eyni zamanda, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Orta Asiya bazarlarında müştərilərlə əməkdaşlıq edir.

Xatırladaq ki, 2021 və 2022-ci illərdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən "Gemza Group" MMC-yə 13,6 milyon avroya qədər yüksək təminatlı kredit ayrılıb. Lakin 2023-cü ilin may ayında Baş Prokurorluq tərəfindən yayılan məlumata əsasən, EBRD-nin Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək böyük məbləğdə kredit alınması faktı araşdırılıb.

Aparılan istintaq zamanı "Gemza Group" MMC-nin də adı saxtakarlıqda şübhəli bilinən şirkətlər sırasında çəkilib. Şirkətə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2, 308.2, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi açılıb. Bu maddələr qanunsuz kredit alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərin saxtalaşdırılması kimi ciddi hüquqi pozuntuları əhatə edir.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone 16 Pro" reklamlarında süni intellekt vurğusu niyə arxa plana keçdi?

"Türk Med Medical Center" cərimələndi

Britaniyada "Google"a qarşı 5 milyard funt-sterlinqlik iddia qaldırıldı

“Azərişıq” Füzulidə üç kəndə işıq çəkəcək - 1 milyonluq layihə

Yük avtomobili istehsalı 7 dəfədən çox azalıb

Qiymət bahalaşdı, istehsal azaldı

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

UFAZ-ın 129 min manatlıq tenderi ləğv edildi

Ümumi istehsal 15% artsa da, geyim istehsalı hələ də aşağıdır

200 manatlıq şirkətin 188 min vergi borcu var

Çinin Trampa qarşı ticarət müharibəsində yeni silahı: 7 "kiçik çubuq"

Bir ildə 23 satınalma müqaviləsi bağlayan şirkətin 17 min manat vergi borcu var

Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi

Xəstəxanadan deputata məxsus olduğu deyilən şirkətə 123 min manatlıq sifariş

Bu tekila və viskilər saxta imiş - FOTOLAR

Hidrometrologiya Xidməti: Bakıda hazırda yağıntının miqdarı normadan 2 dəfə çoxdur

Bu ərazilərdə qaz kəsiləcək

AQTİ-nin maliyyə hesabatları yoxlanılacaq

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

100 illik ayaqqabı markası müflis oldu

AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"

Külli miqdarda borcu olan şirkət bağlandı

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verdi

AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

"OpenAl" tamamilə yeni sosial şəbəkəyə hazırlaşır: Nələr məlumdur?

Səhmlərdən əldə edilən gəlirin vergiyə cəlb olunmasında YENİLİK

“Aqrarkredit”ə məxsus torpaq və evlər satışa çıxarılır - 5350 manatdan başlayan qiymətlər

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin edildi

“Azər Türk Bank” kredit faizlərini artırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin