
04.04.2025 / 09:57
Bu şirkətə yeni sədr seçiləcək
67932
Mayın 23-ü, saat 11:00-da “Bakı Teleqrafı” ASC-nin səhmdarları üçün illik ümumi iclas keçiriləcək.
Valyuta.az xəbər verir ki, gündəlikdə əsas iki məsələ - 2024-cü ilin maliyyə və təsərrüfat fəaliyyəti ilə bağlı hesabatın təqdim olunması və İdarə Heyətinin yeni tərkibinin və sədrin seçilməsi var.
Toplantıya qatılmaq istəyən bütün səhmdarlar şəxsiyyət vəsiqələrini mütləq özü ilə gətirməlidirlər.
İclas Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 36, “Azərpoçt” binasının 6-cı mərtəbəsi ünvanında keçiriləcək.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay