BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
67812

"TikTok" "Instagram"ın analoqu olan "TikTok Notes"un bağlanacağını elan edib.

"TikTok" foto mübadiləsi üçün nəzərdə tutulan "TikTok Notes" tətbiqini bağlayacağını açıqlayıb. 

Valyuta.az xəbər verir ki, "TechCrunch" portalının məlumatına görə, platforma 8 may tarixindən etibarən fəaliyyətini dayandıracaq.

"Instagram"a bənzər bu sosial şəbəkə 2023-cü ilin aprel ayında Kanada, Avstraliya və Vyetnamda test rejimində istifadəyə verilmişdi. "TikTok Notes"un bağlanmasının səbəbləri barədə rəsmi açıqlama verilməsə də, ekspertlər xidmətin istifadəçilər arasında kifayət qədər populyarlıq qazana bilmədiyini ehtimal edirlər.

İndi "TikTok"un ana şirkəti "ByteDance" əsas diqqətini "Lemon8" tətbiqinin inkişafına yönəldib. 2024-cü ilin dekabr ayına olan məlumata görə, bu platformanın aylıq aktiv istifadəçi sayı 12,5 milyon olub. "TikTok" istifadəçilərə "TikTok Notes"dakı məlumatlarını saxlamağı və "Lemon8"dən istifadə etməyə başlamağı tövsiyə edir. Şirkət nümayəndələrinin sözlərinə görə, "Lemon8" "TikTok Notes" ilə müqayisədə daha geniş və funksional imkanlar təqdim edir.

"Lemon8" ilk dəfə 2020-ci ildə Yaponiyada istifadəyə verilib, daha sonra ABŞ və Cənub-Şərqi Asiya ölkələrində də əlçatan olub. Bu tətbiq "Instagram" və "Pinterest" elementlərini birləşdirərək, istifadəçilərə slayd-şou və şəkil seriyaları paylaşmaq, eyni zamanda məzmunu lent formatında izləmək imkanı yaradır. Lemon8-in imkanlarına kreativ alətlər, filtrlər, effektlər, stikerlər və mətn şablonları daxildir.

"TikTok Notes"un əvəzlənməsi ilə yanaşı, "ByteDance" "Lemon8"i ABŞ-da "TikTok"un mümkün qadağası fonunda alternativ platforma kimi təqdim etməyə çalışır. 2023-cü ilin noyabr ayında istifadəçilərə "Lemon8"ə birbaşa "TikTok" hesabları vasitəsilə giriş imkanı, həmçinin iki tətbiq arasında məzmun paylaşmaq funksiyası təklif olunmuşdu.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin