BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67590

Tələbələri təhsil kreditindən ən çox faydalanan universitetlər məlum olub.

Valyuta.az xəbər verir ki, bu barədə AzEdu.az Təhsil Portalına Tələbə Təhsil Kredit Fondundan (TTKF) məlumat verilib.

Fonddan sorğuya cavab olaraq bildirilib ki, təhsil tələbə kreditləri respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müssisələrinin ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulub:

“Belə ki, 2024-2025-ci tədris ilinin yaz semestri üzrə bu günədək Fonda məxsus elektron portala 6461 müraciət daxil olmuş, onlardan 4612 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir. Səviyyələr üzrə paylanma aşağıdakı kimidir:

- Bakalavriat səviyyəsi üzrə – 2992 (64.87%)

- Magistratura səviyyəsi üzrə – 1364 (29.58%)

- Orta ixtisas təhsili səviyyəsi üzrə – 251 (5.44%)

- Texniki peşə təhsili səviyyəsi üzrə – 5 (0.11%)

Statistik məlumatlara əsasən, cari semestr ərzində ən çox təhsil tələbə krediti alan ilk 5 universitet bunlardır:

1. Azərbaycan Dövlət İqtisad Universiteti – ümumi 458 nəfər (9.93%) - onlardan kişi cinsi üzrə 220 nəfər, qadın cinsi üzrə 238 nəfər;

2. Gəncə Dövlət Universiteti – ümumi 300 nəfər (6.50%) - onlardan kişi cinsi üzrə 94 nəfər, qadın cinsi üzrə 206 nəfər;

3. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası – ümumi 268 nəfər (5.81%) - onlardan kişi cinsi üzrə 241 nəfər, qadın cinsi üzrə 27 nəfər;

4. Bakı Dövlət Universiteti – ümumi 207 nəfər (4.49%) - onlardan kişi cinsi üzrə 90 nəfər, qadın cinsi üzrə 117 nəfər;

5. Azərbaycan Dövlət Pedaqoji Universiteti – ümumi 200 nəfər (4.34%) - onlardan kişi cinsi üzrə 29 nəfər, qadın cinsi üzrə 171 nəfər.

Ümumilikdə, Fond fəaliyyətə başladığı gündən etibarən bu günədək elektron portala 65885 müraciət daxil olmuş, bunlardan 52065 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir:

“Bu müraciətlər arasında 34084 (65.46%) standart növ təhsil tələbə krediti, 17981 (34.54%) sosial növ təhsil tələbə krediti təşkil edir.Hazırda 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü davam edir. Müraciətlərin qəbulu semestrin sonuna kimi davam edəcək”,- deyə fonddan məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ethereum" dəyər itirir: Analitik ehtimal olunan qiymət səviyyəsini açıqladı

"Bitcoin" və digər kriptovalyutalar ucuzlaşır - Son qiymətlər

Nəticəyönümlü komanda üçün müdür-işçi harmoniyası - SƏHƏR OXUSU

31 Mart soyqırımından 107 il ötür

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

Son 1 ildə ən çox bahalaşan qida məhsulları

Diqqətin yayınmasında əsas səbəb telefon deyil - Araşdırma

Banklara ən çox borcu olan rayonlar - Cədvəl

2 aya 2.7 mln. manatlıq dərman istehsal olunub

Külək elektrik stansiyalarının istehsalı 60 %-dən çox azalıb

Azərbaycan bu ölkəyə investisiyalarını 1 ildə 6 900 dəfədən çox artırıb

Sabahın hava proqnozu açıqlanıb

Süni intellektin bizə qazandırdığı vaxtla nə etməliyik? - The Guardian

Dünyada baş verən ən güclü zəlzələlər - Siyahı

Türkiyə günlük ixracda Cümhuriyyət tarixinin II ən yüksək nəticəsini qeydə alıb

"EİOPA"dan kriptovalyuta xəbərdarlığı: sığorta şirkətləri üçün sərt tələblər gəlir

Daha xoşbəxt yaşamaq üçün gündə 20 dəqiqədən az vaxt aparan 3 vərdiş - SƏHƏR OXUSU

Bu ölkə Azərbaycandan neft ixracını 2 dəfədən çox artırıb

Bu ölkə Azərbaycandan neft ixracını 2 dəfədən çox artırıb

Azərbaycandan neft alışını kəskin azaldan ölkələr

Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu

Qızıl hasilatı 81%-dən çox artıb

"OpenAI" il sonunadək kommersiya yönümlü quruma çevrilməsə...

BOKT-ların xalis mənfəəti 2 dəfədən çox artıb - Hesabat

Fransa ilə iqtisadi əlaqələrin 2024-cü il icmalı

Məşhur geyim brendi modellərin rəqəmsal klonlarını yaratmağı düşünür

Tikinti şirkətinin rəhbəri həbs olunub

Azərbaycan Danimarkaya investisiyalarını 7 dəfədən çox artırıb

Ötən il neft ixrac etdiyimiz 25 ölkə - Siyahı

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb: Qiyməti nə qədərdir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin