BAKU Azərbaycan
25.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
67205

Tayland hökuməti məlumat mərkəzləri və bulud xidmətləri sahəsinə 2,7 milyard dollarlıq yeni investisiya layihələrini təsdiqləyib.

Valyuta.az xaric mənbələrə istinadən xəbər verir ki, bu barədə ölkənin İnvestisiya Şurası açıqlama yayıb.

Şuradan verilən məlumata görə, Çinin "Beijing Haoyang Cloud&Data Technology", Sinqapurun "Empyrion Digital" və Taylandın "GSA Data Center 02" şirkətləri ölkədə məlumat mərkəzləri quracaq. Layihələr çərçivəsində "Beijing Haoyang" 300 meqavat gücündə və 72,7 milyard batı dəyərində məlumat mərkəzi tikəcək, Tayland şirkəti isə 35 meqavat gücündə və 13,5 milyard batı dəyərində investisiya yatıracaq.

Süni intellekt sahəsindəki sürətli inkişaf Cənub-Şərqi Asiyada məlumat mərkəzlərinin sayının artmasına səbəb olub. Böyük texnologiya şirkətləri regiona daha çox sərmayə yönəldir.
Bu ilin yanvarında "TikTok" Taylandda 126,8 milyard batlıq məlumat hostinq xidməti quracağını elan edib. "Google" ölkəyə 1 milyard dollar, "Amazon Web Services" isə 15 il ərzində 5 milyard dollar investisiya yatıracağını açıqlayıb.

Bundan əlavə, "Microsoft" Taylandda ilk regional məlumat mərkəzini açacağını bildirib. Tayland hökuməti bu investisiyalar sayəsində ölkənin texnologiya sektorunun daha da inkişaf edəcəyini və rəqəmsal iqtisadiyyatın güclənəcəyini vurğulayıb.

Sərvanə Rəmixanova 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Fərid Məmmədov “Kapital Bank”ın Müşahidə Şurasının sədri seçildi

Bu il kafe və restoranlar 371 milyon manat gəlir əldə ediblər

Azərbaycanda bələdiyyələrin bu səlahiyyəti ləğv edilir

Rövşən Allahverdiyev “PAŞA Bank”ın rəhbərliyinə təyinat aldı

Donnatella Versaçenin "Versace" moda evini tərk etməsinin səbəbi məlum oldu

Karyeramızda dəyişikliyə ehtiyac olduğunu necə müəyyən edək?

İş dünyasında hər kəsin bilməli olduğu PR hiylələri

İş dünyasında hər kəsin bilməli olduğu PR hiylələri

Bu şəxslərə kompensasiya veriləcək

Bayram günlərində avtomobillərə texniki baxış necə işləyəcək? - AÇIQLAMA

Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

Prezidentlə xanımı Ağdərə sakinlərinə evlərinin açarlarını təqdim etdi

Suqovuşanda yaşayış kompleksi istifadəyə verildi

Şəhər-kənd fərqini azaldan sahibkarlıq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Bu mallar üzrə əlavə gömrük yığımları alınacaq - MƏBLƏĞLƏR

Azərbaycanda şərabla bağlı yeni qadağalar müəyyən olundu

İki ayda 57 min hektar sahədə yazlıq bitkilər əkilib

Gömrük yığımlarının məbləğləri dəyişdi

Saray körpüsü açıldı

Saray körpüsü açıldı

Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparıldı

Məhkəmə 7500 bitkoinin zibilxanada axtarışı ilə bağlı apellyasiya şikayətini rədd edib

Ramin İsmayılov "Umico"da rəhbər vəzifəyə təyin edildi

Müştərilər 36 mln. manatdan çox vəsaiti "AFB Bank"dan geri çəkiblər

100 manatlıq şirkət MTK-ya çevrildi

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Prezident və birinci xanımı sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar

Azərbaycandan xaricə 527 milyon dollar pul köçürülüb

ABB səhmdarlarına dividend ödəyəcək

ABB səhmdarlarına dividend ödəyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin