BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9277
  • RUB
    2.0509
  • TRY
    0.0444
  • GBP
    2.256
67212

1985-ci ildə internet hələ formalaşma mərhələsində olarkən "Symbolics Computer Corporation" adlı bir şirkət dünyanın ilk .com domenini -  Symbolics.com-u qeydiyyatdan keçirib.

Bugün bir domen adı əldə etmək saniyələr içində tamamlanan bir proses olsa da, o dövrdə bu, mürəkkəb və uzun bir prosedur tələb edirdi. İnternetin hələ geniş yayılmadığı bir dövrdə bir şirkətin belə bir addım atması olduqca irəlini görən bir yanaşma hesab olunurdu.

1985-ci ildə internet və domen qeydiyyatı

Valyuta.az xəbər verir ki, o dövrdə "World Wide Web" (WWW) hələ mövcud deyildi və internet əsasən universitetlər və tədqiqat institutları arasında məlumat mübadiləsi üçün istifadə olunurdu. "Symbolics" şirkətinin sahibləri Stanford Universitetinə müraciət edərək, DOS ekranına bənzəyən ilkin internet mühitində öz domenlərini qeydiyyatdan keçirmək üçün mürəkkəb prosedurlardan keçiblər.

Alan Adı Sistemi (DNS) hələ inkişaf mərhələsində olub və domen qeydiyyatları Stanford Araşdırma İnstitutu (SRI) tərəfindən əl ilə idarə edilib. "Symbolics" şirkəti uzun faks yazışmaları və sənəd mübadiləsindən sonra dünyanın ilk .com domeninə sahib olub.

Symbolics.com-un sahibi kim idi?

"Symbolics Computer Corporation" Massaçusets ştatının Kembric şəhərində yerləşən bir şirkət idi və "Lisp" maşınlarının hazırlanmasında ixtisaslaşmışdı. "Lisp" maşınları "Lisp" proqramlaşdırma dili ilə işləyən ilk ümumi məqsədli kompüterlərdən biri idi və əsasən süni intellekt tədqiqatları üçün istifadə olunurdu.

Şirkət bağlandı, sayt hələ də aktivdir

"Symbolics" öz proqramlarını inkişaf etdirmək üçün domen adından istifadə etsə də, onlayn mağaza və ya ticarət platforması yaratmamışdı, çünki həmin dövrdə onlayn alış-veriş anlayışı mövcud deyildi. Sonradan şirkət fəaliyyətini dayandırıb və Symbolics.com başqa bir sahib tərəfindən satın alınıb.

Bu gün domen hələ də aktivdir, lakin içində şirkətin ilkin məqsədi ilə əlaqəsi olmayan müxtəlif məzmunlar yerləşdirilib. Dünyanın ilk .com domeni olsa da, artıq yalnız tarixi bir fakt və texnologiya dünyasının maraqlı bir parçası kimi varlığını davam etdirir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkətin 765 399 manat vergi borcu üzə çıxdı

Ərdoğan Azərbaycana səfər edəcək

Almaniya iqtisadiyyatında böyümə ümidi yoxdu - Artım gözlənilmir

Dövlət qurumuna məxsus 5 avtomobil hərracda satıldı

"Bitcoin" aylar sonra 95 min dolları keçdi

İstanbul yenə silkələndi

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

Bu sahibkara xəbərdarlıq edildi

117 milyon manatdan çox vəsait fərdi hesablarda əks olunmayıb

"Google" "Gemini"yə görə "Samsung"a milyonlarla avro ödəyir

200 manatlıq şirkət qurdu - 100 mindən çox borcu var

Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?

Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma

AQTA 44 min manatlıq lisenziya alır

Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edildi - Foto

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

Prezident Anar Quliyevə yeni vəzifə verdi

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

Azərbaycanın ən bahalı bazarı bu rayondadır

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir®

Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin