BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9277
  • RUB
    2.0509
  • TRY
    0.0444
  • GBP
    2.256
67267

Karyera yolunda atılan addımlar insanın özünü kəşf etməsinə, bacarıqlarını inkişaf etdirməsinə və yeni imkanlar əldə etməsinə yardım edir. Lakin bəzən qurulan karyera sadalananları etmir və insanlar illərlə əziyyət çəkdiyi, öyrəndiyi işi buraxa bilmir. Hansı nöqtədə karyeramızdan əl çəkməyi bacarmalıyıq? Karyeramızı dəyişdirməli olduğumuzu necə anlayaq?

İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis, təlimçi Xəyyam Əsgərov Valyuta.az-a bildirdi ki, karyera anlamını anlamaq vacibdir: “İlk karyeranın nə olduğunu müəyyən edək. Karyera bir insanın peşəkar fəaliyyətində mərhələli şəkildə inkişafıdır. Yəni, onun gəlirlərinin, vəzifəsinin, biliklərinin pillə-pillə artmasıdır. Düşünürəm ki, Azərbaycan şəraitində karyeranın ilk pilləsi 6-7-ci sinifdən ixtisas seçimindən başlanır. Burada karyeranın yaranıb formalaşmasına uşağın özünün həvəsi, marağı və qabiliyyəti təsir edir. Həmçinin uşağın yaxın çevrəsindəki insanların onun gələcək karyerasına və gələcək fəaliyyətinə təsir faktoru mövcuddur”.

Sadəcə əməkhaqqı düşünmək karyeranıza xələl gətirəcək 

Mütəxəssis deyir ki, karyeranın ikinci pilləsi universitet zamanı formalaşır: “Kim ali təhsil almırsa, orta ixtisas və ya peşəyə yiyələnərək bu zaman içərisində karyera istiqamətini seçə bilir. Karyeranı seçdikdən sonra həmin sahənin inkişaf etdirilməsi, əmək haqqı, bacarıqlar karyeranı inkişaf etdirən amillərə çevrilir. Tövsiyəm budur ki, gənclər bir istiqaməti seçərək addımlasınlar. Gənclərin etdiyi səhvlərdən biri o odur ki, universitet və ya orta məktəbi bitirdikdən sonra sadəcə pula, əməkhaqqıya baxaraq əlaqəsiz fəaliyyət növlərini seçirlər. Sonradan vaxtaşırı işlədikləri yeri dəyişdirmək məcburiyyətində qalırlar. Sadəcə ödənişi fikirləşməklə karyeralarına xələl gətirmiş olurlar. Bu səhv müəyyən yaşdan sonra həyatlarında təsirini göstərir. Yəni, iş tapmaqda çətinlik çəkirlər. Məsələn, 40 yaşlı biri geriyə baxanda karyera xətti çoxşaxəli olduğu üçün eyni karyera üzrə inkişafı mümkünsüz olur”. 

Karyeranız haqqında özünüzlə danışın

X.Əsgərov qeyd etdi ki, karyeradan razı qalıb-qalmadığınızı yoxlayın: “Karyeranı dəyişdirməli olub-olmadığımızı anlamaq üçün özümüzə bir neçə sual verməliyik.Gördüyüm işdən zövq alırammı? Gördüyüm işdən aldığım əmək haqqı mənim fərqli tipik xərclərimi qarşılaya bilirmi? Ümumiyyətlə, işimi bilir və bacarırammı? Seçdiyim iş mənim dəyərlərimə uyğundurmu? Bu suallara cavab verərək, karyeranı dəyişdirməklə bağlı fikirlərə aydınlıq gətirmək olar. Əlbəttə karyera xəttini dəyişdirmək mümkündür, hətta bunun yaşla cox da əlaqəsi yoxdur. Amma əlaqəsi olan istiqamətlər də var. Məsələn, fiziki məhdudiyyət karyera dəyişimində zamanla özünü göstərə bilər”.

Sərvanə Rəmixanova 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkətin 765 399 manat vergi borcu üzə çıxdı

Ərdoğan Azərbaycana səfər edəcək

Almaniya iqtisadiyyatında böyümə ümidi yoxdu - Artım gözlənilmir

Dövlət qurumuna məxsus 5 avtomobil hərracda satıldı

"Bitcoin" aylar sonra 95 min dolları keçdi

İstanbul yenə silkələndi

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

Bu sahibkara xəbərdarlıq edildi

117 milyon manatdan çox vəsait fərdi hesablarda əks olunmayıb

"Google" "Gemini"yə görə "Samsung"a milyonlarla avro ödəyir

200 manatlıq şirkət qurdu - 100 mindən çox borcu var

Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?

Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma

AQTA 44 min manatlıq lisenziya alır

Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edildi - Foto

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

Prezident Anar Quliyevə yeni vəzifə verdi

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

Azərbaycanın ən bahalı bazarı bu rayondadır

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir®

Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin