BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
67120

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ("DOST") PHŞ-nin elan etdiyi tender yekunlaşıb.

Valyuta.Az xəbər verir ki, Agentliyin elan etdiyi tenderin qalibi “B2B Group” MMC (VÖEN: 1005873041) olub və tərəflər arasında 3.374.723,3 AZN dəyərində müqavilə imzalanıb. 

Məlumata əsasən, Agentlik MMC-dən, hökumət buludu layihəsi çərçivəsində müxtəlif növ texnoloji avadanlıqlar və lisenziyalar satın alacaq.

Bu tərəflər arasında imzalanan ilk milyonluq müqavilə deyil. Dövlət satın almaların vahid internet portalından əldə etdiyimiz məlumatlara əsasən tərəflər arasında daha öncə də dəfələrlə dəyəri milyon manatdan çox olan müxtəlif müqavilələr imzalanıb.

Həmin müqavilələri təqdim edirik: 

- 18 dekabr 2020-ci ildə DOST mərkəzlərində 7 istiqamət üzrə monitorinq sisteminin və monitorinq qruplarının yaradılması ilə əlaqədar lazımı texniki avadanlıqların satın alınması ilə bağlı 1.415.247,16 AZN,

- 20 sentyabr 2023-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən lisenziyaların satın alınması ilə bağlı 4.440.163,62 AZN

- 19 fevral 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi və Sumqayıt DOST Mərkəzində istifadə olunacaq İT və yardımçı avadanlıqların satın alınması ilə bağlı 5.389.546,16 AZN,

- 13 avqust 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Naxçıvan DOST Mərkəzi üçün texnoloji avadanlıqların satın alınması ilə bağlı 1.769.829,25 AZN,

- 24 oktyabr 2024-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən proqram təminatı və zəmanətlərin satınalınması ilə bağlı 1.876.388,8 AZN və yuxarıda bəhs etdiyimiz 3.3 milyonluq müqavilə.

Bundan əlavə mediada şirkətin daha bir neçə böyük məbləğli tenderlərin qalibi olması barədə məlumat gedib. 

Məlumata görə MMC təkcə 2023-cü ildə dövlət qurumları tərəfindən keçirilən 15 böyük məbləğli tenderin qalibi olub. 2023-cü ilin yalnız may ayında şirkət ümumi maliyyə dəyəri 56.811.186 manat olan 7 tenderin qalibi olub. 

Bunlardan savayı MMC, Agentliyin yarım milyon manatdan çox bir neçə tenderinin də qalibi olub. Tərəflər arasında indiyə qədər 20 satın alma müqaviləsi imzalanıb. 

Toplamda isə yaradıldığı gündən bəri MMC, 182 tenderin qalibi olub. 

“B2B Group” MMC, "DOST"dan başqa bir neçə dəfə də digər qurumlar tərəfindən elan edilən və dəyəri milyon manatdan çox olan bir neçə tenderin qalibi olub.  

Şirkət müxtəlif vaxtlarda:

Dövlət Sosial Müdafiə Fondunun 1.151.945,97 AZN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1.348.576,81 AZN, 1.712.028,96 AZN, 1.730.674,58 AZN 1.186.976,99 AZN, "Azərbaycan Dəmir Yolları" QSC-nin 1.127.075,11 AZN, Dövlət Gömrük Komitəsinin 12.037.630,71 AZN, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1.253.806,88 AZN, Müdafiə Nazirliyinin 1.898.940,96 AZN dəyərində tenderlərinin qalibi olub.

Qeyd edək ki, MMC, 19 aprel 2019-cu ildə dövlət qeydiyyatına alınıb. 10 AZN nizamnamə kapitalına malik şirkətin qanu təmsilçisi Bəşirov Ramal Bəşir oğludur. 

Mediada gedən məlumatlara görə, Ramal Bəşirov əvvəllər 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən "Caspel” şirkətində çalışıb.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma - Hesabat

Tikintisi doqquz ildir ləngiyən Mədəniyyət Sarayı

İlk 60 Dəqiqə: Yeni günə daha məhsuldar başlamağın yolları - SƏHƏR OXUSU

May ayında Avropada ziyarət etməyə dəyər üç heyrətamiz məkan

İş saatları nə vaxt dəyişdiriləcək?

"Starbucks" 50 mln. dollar təzminat ödəyəcək - Məhkəmə qərarı

"Vitta Elmi-Texniki" MMC DSX-dən növbəti milyonluq sifarişini aldı

2025-ci ilin valyuta qalibləri: dollar ilk beşlikdə yoxdur

Neft, dollar və borclar: Yaxın Şərq qlobal ticarət müharibəsindən nə qədər təsirlənəcək?

Agentlik sədrinə yeni müavinlər təyin edildi

Salyan rayonunda milyon yarımlıq abadlıq işləri görüləcək

Bayram günlərində yağış yağacaq, temperatur 10-15 dərəcə enəcək

"A-Qroup Sığorta"nın gəlirlərində 4 milyonluq azalma - Hesabat

"Qazprom"un dərinləşən problemləri - "Reuters"in araşdırması

Azərbaycanda minlərlə kahı hərraca çıxarılacaq

Azərbaycanda minlərlə kahı hərraca çıxarılacaq

Bakıda 24, rayonlarda 30 dərəcə isti olacaq

Bu universitetə rektor əvəzi təyin olundu (FOTO)

İlham Əliyev səfirlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident bu şəxsləri təltif etdi

Bakıda yanğın təhlükəli şadlıq saraylarının fəaliyyəti dayandırılıb (Video)

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi - ümumilikdə isə 18 milyondan çox...

"Intel"in yeni baş direktorunun məvacibi açıqlanıb

Ronaldonun məşhur "Toto" restoranı bağlandı

Pulsuz yaşamaq: Borc yığmamaq üçün ən yaxşı strategiyalar - SƏHƏR OXUSU

Alış-veriş zamanı büdcəmizə necə qənaət edək?

ABŞ fond bazarı üç həftə ərzində 5 trilyon dollar dəyər itirib

Dünyanı 95 dəqiqəyə dolaşmaq: Gələcəyin kosmik təyyarəsi təqdim edildi

BMW-nin mənfəəti kəskin azaldı: "Bu oyunda qalib yoxdur"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin