BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
67012

Biznes sahəsində marketinq bölməsində bir çox şirkətlər qurduqları planlarında qısa müddətdə uğur qazanmaq, yüksəlmək və qazanclarını artırmaq istəyirlər. Amma nəticələr fərqli ola bilir. Bəzən gözlənilən uğur qısa müddətdə əldə edilmir və şirkətlər strategiyalarını yenidən nəzərdən keçirməli olur, bəzən isə qısa müddətdə uğur qazanmaq olur. Ümumiyyətlə, marketinqdən tez nəticə gözləmək nə dərəcə də doğrudur?

"YelloAD” reklam agentliyinin təsisçisi Namiq Bayramov Valyuta.az-a bildirdi ki, marketinqdə nəticə gözləmək ən aktual məsələlərdən biridir: “Çünki marketinq mahiyyət etibarilə nəticəmərkəzli fəaliyyətdir. Bu zaman ilk növbədə diqqət etməli olduğumuz bir nüans var. Bizim marketinqdən gözlədiyimiz nəticə necə nəticədir? Yəni, strateji, yoxsa taktiki nəticələrdir?

Strateji nəticələri tez bir zamanda gözləmək və əldə etmək əksər hallarda qeyri-mümkündür. Amma taktiki nəticələrdən söhbət gedirsə, bu çox hallarda qısa zaman üçün hesablanıb. Məsələn, bazarda hansısa bir mövqedə qərarlaşmaq, hər hansı bir bazar payını ələ keçirmək, markanın əldə etmək strateji nəticədir. Bu nəticələr adətən, gec əldə edilir, nadir hallarda, bazar şərtlərindən asılı olaraq tez əldə edilə bilər. İstifadə müddətinin bitməsinə 3-5 ay qalmış məhsulları satmaq üçün hansısa aksiyalar keçirmək, həvəsləndirici işlər görmək və.s. hallarda isə marketinq nəticələri qısa zamanda özünü göstərə bilər və bunlar taktiki nəticələrdir”.

Biznes nəticə yönümlü olmalıdır

N.Bayramov deyir ki, biznesdə işə yox, nəticəyə fokuslanılır: “Buna görə də iş nəticəyə xidmət edəcək bir axında olmalı və nəticəyə xidmət etməlidir. Biz öncədən nəticəni bəlli edirik və əldə etmək istədiyimiz nəticə bizim hədəfimiz olur. Biz hədəfə çatmalıyıq və bunun üçün bir strategiya qoymalıyıq. Həmin strategiyanın gedişatı bizim gördüyümüz iş olur. Taktikanın quruluşu, atılan addımlar, işlərin həyata keçirilməsi bunlar iş prosesi olur. Biz iş prosesimizi öncədən elə planlaşdırmalıyıq ki, işimiz nəticə fokuslu olsun”.

İstənilən prosesdə nəticəni əldə etməyin mərhələləri var

N.Bayramov qeyd etdi ki, nəticə üçün kiçik addımlarla qələbəyə doğru getmək lazımdır: “Nəticə birdən-birə əldə olunmur, hər zaman addım-addım gedilir. Təbii ki, kənardan baxıldıqda elə görünə bilər ki, 3-5 aya bir biznes nəticə əldə edib. Amma görünməyən tərəfdə 3-5 aya əldə olunan nəticədə böyük bir komandanın uzun vədəli, çoxşaxəli fəaliyyəti dayanır. Ona görə də məsələyə strateji kontekstdən baxdıqda, plan qururuq və planın altında atılacaq taktiki addımları tək-tək müəyyənləşdiririk, istiqamətlərini bəlli edirik. Bu addımların hər biri ölçülüb-biçilir. Atdığımız addımlarda bazardan, rəqiblərdən gələ biləcək əks reaksiyalara da hazırlıqlı olmalıyıq və bu kiçik addımların verdiyi nəticələrlə böyük ümumi nəticəyə nail ola bilərik”.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

DSMF-nin İdarə heyətinin sədrinə müşavir təyin edildi

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

II və III qruplarda ən yüksək balı onlar topladılar - ADLARI

Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edildi

Maskın sərvəti 8 milyard insan arasında bölünsəydi, hərəyə nə qədər düşərdi?

Bu balığı İrandan 3 manat 91 qəpiyə alırıq

Tağı İbrahimovun səhhəti ağırlaşır - Vəkili həyati təhlükə barədə xəbərdarlıq edir

Ən etibarlı Çin avtomobilləri - Ekspertlər açıqladı

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Azərbaycanlı mayora Rusiyada vəzifə verildi

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

Sabahın hava proqnozu

70 manatlıq sənədin biznesmenlərə qazandırdığı üstünlüklər

Yeni doğulan körpələrə verilən müavinət artırılacaq

“Bakı Metropoliteni”ndə yeni təyinat olub

Azərbaycanda illik inflyasiya proqnozu yeniləndi

Rusiyanın yeni milyarderi kimdir?

Rusiyanın yeni milyarderi kimdir?

İpoteka və Kredit Zəmanət Fondunda yeni TƏYİNAT

Mərkəzi Bank uçot dərəcəsini 7,25% həddində saxladı

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bu instituta yeni direktor təyin olundu

Bakıda “Özbəkistan” parkı salınacaq

“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin