
03.03.2025 / 16:20
Azərbaycanda ƏDV ilə bağlı qanun dəyişdi
66296
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Valyuta.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra Baş Prokurorluğun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı və satışı əlavə dəyər vergisinə cəlb olunmayacaq.
İndiyə qədər bu məsələdə səlahiyyət sahibi olan orqan (qurum) məlum deyildi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay