BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
66162

Parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev bildirib ki, Bakının mərkəzində aparılan söküntüdən sonra bəzi sakinlər yaşayış sahəsi kiçik oluğu üçün verilən kompensasiya ilə ev ala bilmir deyə narazılıq edir, bir qrup həmin ərazidə bazar qiymətləri ilə kompensasiya tələb edir, digər qrup isə iki-üç dəfə şişirdilmiş qiymətlərlə pul tələbi qoyur.

Köçürülən insanlar aldıqları kompensasiya ilə şəhər kənarlarında bir və ya ailə üzvlərinin təlabatına görə bir neçə yerdə torpaq alıb ev tikir. Bu evlər də, əsasən zəbt edilmiş, sənədsiz və infrastrukturu olmayan ərazilərdə həyata keçirirlir. Həll yolunu təklif edən deputat bildirib ki, qanunvericilik səviyyəsində problemin həllinə töhfə verilməlidir. Söküntü aparılan ərazilərdə heç bir kənar hüquqi müdaxilə və ya izaha yol açmayan birmənalı dəyişikliklərə gedilsin. İstər dövlət söksün, istər sahibkar, fərq etmədən söküntü aparılan ərazilərdə vətəndaşlara yalnız ev və kommersiya obyekti təklif edilsin. Əgər söküntü infrastruktur, park və digər dövlət məqsədəri üçün tikilirsə, elə həmin ərazidə vətəndaşlara ya ev tikilib təqdim olunsun, ya da onlara hazır evlər alınıb verilsin.

Deputatın fikirlərini Valyuta.az-a şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, ilk növbədə sənədsiz evlərin problemi həll olunmalıdır ki, vətəndaşlar sənədsiz ev almaq məcburiyyətində qalmasın: "Həmin evlərə sənəd verilərsə, Razi bəy dediyi problem avtomatik aradan qalxmış olar".

Ekspert qeyd edib ki, Bakı şəhərində söküntülər iki formada aparılır: "Birincisi, dövlət ehtiyacı üçün olan söküntülərdir. Bu zaman vətəndaşların evləri bazar qiymətləri ilə dəyərləndirilir və 20 faiz artıq kompensasiya ödəməklə həmin evlər vətəndaşdan alınır. Vətəndaş isə bu pula istədiyi yerdən istədiyi evi alır. Dövlət söküntü ərazisində yaşayan vətəndaşalara kvadratına 2500-3000 manat pul verir. Lakin dövlət onlara ev tiksə, tikdiyi mənzilin kvadratı dövlətə 1000-1500 manata başa gələr. Belə olanda isə dövlət daha çox qazanmış olar.

Digəri isə özəl şirkətlər tərəfindən aparılan söküntülərdir. Lakin özəl tikinti sektoru hansısa bir söküntü və tikinti işləri aparanda sökdükləri ərazidə tikilən binalarda həmin ev sahiblərinə mənzil verirlər. Bu zaman mənzilləri sökülən bəzi sakinlərə bəzən elə kompensasiya verirlər ki, vətəndaş həmin pula ev ala bilmir. Gücləri məcburən kənar ərazilərdən ev almağa çatır. Bu baxımdan da Razi bəyin sözündə də həqiqət var". Elnur Fərzəliyev əlavə edib ki, vətəndaşlar tikinti şirkətləri ilə bağlı problemlər yaşayır: "Onlar deyirlər ki, biz Bakının mərkəzində yaşayırıq, siz verdiyiniz pul ilə yaşadığımız ərazidən ev ala bilmirik. Bu zaman isə tikinti şirkətlərdən, yaşadığı ərazilərdən ev ala bilməyənlər kənar ərazilərə üz tutmuş olur".

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Aqrarkredit" QSC-nin əmlaklarının növbəti hərracı keçiriləcək

"ChatGPT”nin bu funksiyası pulsuz oldu

Yeni toy mövsümü başladı: 450 manata da menyu var

Ən böyük polad istehsalçılarından biri 1 milyard dollar zərərlə işləyib

Bu ASC-yə yeni sədr təyin olunacaq

Bakıda 213 mənzil bu tarixdən kirayə mexanizmi ilə satışa çıxır

Bakıda 213 mənzil bu tarixdən kirayə mexanizmi ilə satışa çıxır

"PAŞA Bank" keşbek faizlərini azaltdı

Təmir gedə-gedə kabab bişirdilər: Sahibi cəzalandırıldı - Fotolar

Dövlət Sosial Müdafiə Fondu ABB-yə 22 milyon ödəyəcək

Göstərişi Fazil Məmmədov verib, xahişi Nəcməddin Sadıkov edib - “Şlyapa Zahid”in 42 milyonluq mənimsəmə işi

“Azercell” mobil nömrələrdən istifadəyə görə məcburi aylıq xidmət haqqı tutur - MƏBLƏĞ

Milli Məclis 1 milyonluq sifariş verdi

Vətəndaşın evini uçuran “Melissa Group”da satış dayandırıldı

Rusiyada yoxsulluq artıb

“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

İş qrafikinin dəyişdirilməsi sahibkarlıq sahəsinə necə təsir göstərə bilər?

Meyvə bağlarına dəyən zərərə görə 18 dəfə artıq sığorta ödənib

Avstraliyadan idxalımız 240 dəfə artıb - İxrac azalıb

Apreldə neçə gün evdə qalacağıq?

"Google"un ən böyük 1 Aprel zarafatı

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Antalya turizminin tacı - Belek

ABB-nin yeni törəmə şirkəti təsis edildi

Startap təsisçisi "JPMorgan"ı aldadıb

Bu şəxslərə pul veriləcək - Büdcədən 98 min manat ayrıldı

İlham Əliyev dövlət agentliyinə 5 milyon manat ayırdı

Çində uçan taksilərə yaşıl işıq yandırıldı - Fəaliyyətə başlayırlar

Bu uşaqlara müavinət veriləcək - Prezident təsdiqlədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin