BAKU Azərbaycan
17.18°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
67681

Texnologiyanın sürətlə həyatımıza daxil olması ilə rəqəmsal bacarıqlar həm gündəlik fəaliyyətlərdə, həm də peşəkar sahədə vacib yer tutmağa başlayıb. Artıq bu bacarıqlar bütün sahələr üzrə çalışan şəxslər üçün əsas biliklərdən sayılır. Lakin hər kəs bu dəyişiklikləri eyni sürətlə mənimsəyə bilmir. Bəziləri texnologiyaya tez uyğunlaşır, proqram və alətləri rahat öyrənir. Digərləri üçün isə bu sahə daha çətin və uzaq görünür. Bəs rəqəmsal bacarıqlara yiyələnmək üçün hər kəsin rahatlıqla istifadə edə biləcəyi yollar hansılardır?

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İKTM-nin direktoru Sərxan Talıbzadə bildirir ki, burada əsas məqam öyrənmə prosesidir: "Öyrənməni iradi və qeyri-iradi olaraq iki yerə bölə bilərik. İradi öyrənmədə insanlar məqsədli şəkildə, şüurlu qərarla təhsil müəssisələrinə və ya kurslara üz tuturlar. Qeyri-iradi öyrənmə isə təsadüfi şəkildə baş verir. Məsələn, telefonlardan istifadə zamanı yenilənən tətbiqlərlə tanış olmaq və ya internet üzərindən alış-veriş zamanı sistemləri öyrənmək bu kateqoriyaya daxildir. İnsan fərqinə varmadan bir çox texnoloji bilikləri bu şəkildə mənimsəmiş olur".

Nəyi necə öyrəndiyiniz vacibdir

Sərxan Talıbzadə deyir ki, öyrənmə həmçinin könüllü və məcburi olaraq da iki yerə bölünür: “Könüllü öyrənmədə insanın marağı, motivasiyası və məqsədi olur. Bu zaman öyrənmə daha səmərəli və davamlı olur. Məcburi öyrənmədə isə kənar faktorlar təsir edir. Məsələn, iş yerində yeni sistemlərin, proqramların tətbiqi və.s. Əgər bu sistemləri mənimsəməsən, performansın aşağı düşür və bu da işini itirmək riskini yaradır. Nəticədə, zamanla bu texnoloji bacarıqları öyrənmiş olursan. Əlavə olaraq, öyrənmə vasitələri də formal və informal olaraq iki yerə bölünür. Formal öyrənmədə ali təhsil, kurslar və ixtisasartırma kimi sistemli yanaşmalar əsas götürülür. Bu zaman sonda diplom, sertifikat və ya şəhadətnamə əldə olunur. İnformal öyrənmədə isə proses sistemsiz və sərbəst şəkildə baş verir. Sosial şəbəkələr, tanışlar və ya praktiki təcrübə vasitəsilə bu biliklər əldə edilir. Rəqəmsal bacarıqların çoxu məhz bu informal üsulla mənimsənilir”.

Texnologiya sürətləndikcə stress artır

S.Talıbzadə bildirir ki, bütün bu öyrənmə proseslərinin fonunda texnoloji stress və texnoloji adaptasiya deyilən mərhələlər durur: “Texnoloji stress odur ki, insanlar texnologiyanın yeniliklərini mənimsəyə bilmirlər, bu zaman stress yaşayır və özünəinamları aşağı düşür. Texnoloji stress həm informasiyanın alınmasını ləngidir, həm də insanın yenilənən cəmiyyətdə sosial statusunu aşağı salır. Təəssüf ki, bu texnoloji stress “Digital divide” deyilən rəqəmsal bölünmə, yaxud rəqəmsal bərabərsizliyə gətirib çıxarır. Bu da bütün dünyada gedən prosesdir. Təbii ki, inkişaf etmiş ölkələrlə bu keçid daha sürətlə baş verir. Bizim kimi ölkələrdə isə informasiya texnologiyalarının nüfuzetmə nisbəti yüksək olmadığı üçün proses adətən ləng gedir. İkinci isə texnoloji adaptasiyadır, texnologiyaya alışma prosesidir. Bu proses insanın yaşına, təcrübəsinə və mühitə görə fərqli olur".

Bəs insanlar rəqəmsal bacarıqları öyrənmək üçün nə etməlidir? 

S.Talıbzadə deyir ki, ilk növbədə ixtisasartırma və ya yenidən ixtisaslaşma önəmlidir: “İlk ağıla gələn ixtisaslaşma və yaxud da ixtisasartırmaya müraciət etməkdir. Universitetlərin tədris planları və materialları mütəmadi olaraq yenilənir. 15 il əvvəl bir mütəxəssis bu ixtisasdan məzun olmuşdusa, 15 il əvvəlki resurslara fokuslanırdı, onları öyrənirdi. İndi isə tədris planları yenilənib, müasir texnoloji alətlər əlavə olunub. Bir ixtisası ikinci dəfə oxuyan və yaxud bu ixtisasa yeni daxil olan məzunların əmək bazarında rəqabətə davamlılığı əlbəttə ki daha yüksək olur. Növbəti formal təhsil istiqaməti olaraq ixtisasartırmanı göstərmək olar. Bu, bütün dünyada geniş yayılmış təcrübədir. Əvvəllər ixtisasartırma üçün müraciətlər 5-10 illik intervallarla olurdusa, indi artıq bu interval 2-3 ilə qədər azalıb. Çünki mütəmadi yeniliklər əmək bazarında rəqabət davamlılığına birbaşa təsir edir və mütəxəssislər bunun həllini qısa müddətli ixtisasartırma kurslarında görürlər”.

Rəqəmsal dünyaya giriş çox yerdən əlçatandır

S.Talıbzadə düşünür ki, sərbəst öyrənmə də bu sahədə mühüm rol oynayır: “İnternet üzərindən istənilən mövzuda öyrənmə mümkündür. “Coursera”, “Udemy”, “Khan Academy”, “edX” kimi platformalar buna nümunədir. Hətta bir çox kursa Azərbaycan dilində və altyazılı formada da rast gəlinir. Bu resurslar həm ödənişli, həm də ödənişsiz formatda mövcuddur. Yəni, hər kəs öz sürətinə və marağına uyğun şəkildə öyrənə bilər. Öyrənmə çətin mərhələ ola bilər, amma öyrənmə mərhələsini asanlaşdırmaq olar. Məsələn, kollektiv öyrənmə zamanı insanlar “workshop”, “vebinar” və infosessiyalar vasitəsilə həm təlimçidən, həm də bir-birindən öyrənə bilirlər. Bu üsul motivasiya baxımından da daha təsirli olur. İnsan tək öyrənəndə, tez yorula bilər, amma qrup mühiti öyrənməni daha maraqlı edir. Bu üsul xüsusilə texnoloji yeniliklərin mənimsənilməsində faydalıdır”.

“Mental baryeri” aşın

S.Talıbzadənin sözlərinə görə, öyrənmə prosesindəki ən böyük əngəllərdən biri də “mental baryer”dir: “İnsan bəzən sadəcə motivasiya çatışmazlığı və ya özünəinamsızlıq səbəbindən öyrənməkdən uzaq durur. Halbuki bu gün süni intellekt alətləri öyrənmək istəyənlər üçün əsl fərdi müəllim rolunu oynayır. Süni intellekt 24 saat əlçatandır, yorulmur və istənilən sualı cavablandıra bilir. Dünya üzrə bütün biliklərə sahib bir mənbədir və daim təkmilləşir. Bu qədər resurs varkən öyrənməmək və ya bilməmək bəhanə ola bilməz. Nəticə olaraq deyim ki, artıq “lifelong learning” – yəni, ömürboyu öyrənmə fəlsəfəsi gündəlik həyatın bir parçasına çevrilib. İnsan daim özünü yeniləməli və öyrənməyi həyat tərzinə çevirməlidir. Hər sahə üzrə trendləri izləmək və adaptasiya olmaq vacibdir. Çünki inkişaf prosesi dayanmır, texnologiya daima dəyişir. Yeniliklər varsa, deməli, öyrənmək də daim aktual olacaq”.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qara dənizdə 75 milyard kubmetr ehtiyata malik QAZ YATAĞI aşkarlandı

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bakının daha bir küçəsi avtomobillərin hərəkəti üçün TAM BAĞLANDI

"Bitoin" 103 min dollar olub - Kriptovalyuta qiymətləri enir

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır? - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin