İlham Əliyev dövlət agentliyinə 5 milyon manat ayırdı

Redaktor

01.04.2025 13:27
285

İlham Əliyev dövlət agentliyinə 5 milyon manat ayırdı

Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb.

Valyuta.az xəbər verir ki, bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 000 000 manat ayrılıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...