BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9359
  • RUB
    2.0852
  • TRY
    0.0444
  • GBP
    2.2618
65685

Donald Tramp ölkəsinin Ukraynaya Avropadan daha çox yardım etdiyini vurğulayaraq, "Xərclədiyimiz bütün pulların qarşılığında bizə nəsə vermələrini istəyirəm. Pulumuzu geri alacağıq. Çünki bu, heç ədalətli deyil", – deyə bildirib. O, Ukraynadan nadir elementlər və neft istədiklərini qeyd edib.  

Valyuta.Az xəbər verir ki, Tramp bu fikirləri "Mühafizəkar Siyasi Fəaliyyət Konfransında" ("CPAC") çıxışı zamanı səsləndirib. Ağ Evə qayıtdıqdan sonra atdığı addımları xatırladan Tramp, sərhəd təhlükəsizliyi tədbirləri, imzaladığı prezident fərmanları və federal hökumətin yenidən formalaşdırılması ilə bağlı səylərindən danışıb. O, çıxışında özündən əvvəlki prezident Co Baydeni və onun administrasiyasını da sərt tənqid edib.  

Tramp, Baydenin prezidentliyi dövründə kifayət qədər yaşlandığını və qumda belə çətinliklə yeridiyini bildirərək, "O, təxminən altı unsiya ağırlığında bir şeyi çəkərək yeriyirdi. Bilirsiniz, o alüminium parçaları. Baxın, alüminium çox yaxşıdır. Uşaqlar və yaşlılar üçün qaldırmaq daha asandır, elə deyilmi?" – deyə ironik ifadələr işlədib.  

"Bayden ən pis prezidentdir"

Baydeni "ölkə tarixindəki ən pis prezident" adlandıran Tramp, "Mənə fərqi yoxdur. Bunu deyəcəyəm" sözlərini işlədib. O, Baydenin prezidentliyi dövründə hər şeyi bərbad etdiyini bildirərək, "Bu qarışıqlığı təmizləməliyəm. Təmizləyirəm. Bu, xaosdur. İnflyasiya və sərhəd problemləri. Əlini vurduğu hər şeyi məhv edib. Elə deyilmi? Hər şeyi. Bu, həqiqətdir", – deyə əlavə edib.  

"Ukraynadan nadir elementlər və neft istəyirik"

Ukrayna-Rusiya müharibəsi və sülh danışıqlarına toxunan Tramp, ABŞ-nin Ukraynaya göstərdiyi yardımın qarşılığını almaq niyyətində olduğunu bildirib:  "Avropa 100 milyard dollar verdi, ABŞ isə 350 milyard dollar. Çünki bizdə axmaq və bacarıqsız bir prezident və administrasiya vardı", – deyə qeyd edib.  

O əlavə edib: "Xərclədiyimiz bütün pulların qarşılığında bizə nəsə vermələrini istəyirik. Yəni, nadir elementlər və neft istəyirik. Nə əldə edə biliriksə".  

HƏMÇİNİN OXU: Trampın Ukraynadan istədiyi nadir torpaq elementləri nədir?

"Pulumuzu geri alacağıq. Çünki bu, heç ədalətli deyil", – deyə vurğulayan Tramp, bu məsələ ilə bağlı Ukrayna ilə təmasda olduqlarını və razılığa yaxın olduqlarını qeyd edib.

O, Ukraynadakı müharibənin sona çatmalı olduğunu bir daha təkrarlayaraq, "Prezident Vladimir Putinlə görüşdüm və bunun bitməli olduğunu düşünürəm, bitməlidir. Prezident Volodimir Zelenski ilə də görüşürəm. Prezident Putinlə də görüşürəm", – deyə bildirib.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Boeing" Çin üçün təyyarə istehsalını dayandırmaqla hədələyir

ChatGPT üçün təhlükə zəngləri: Süni intellekt sahəsində daşlar yerindən oynayır

"Microsoft" "ağ hakerlər"ə 1,6 milyon dollar mükafat ödəyib

“ZEN Architects and Construction” şirkətinin xeyli miqdarda vergi borcu var

Kommunal təsərrüfata rəhbərlik edəcək dövlət qurumunun yaradılması təklif olunur – Hansı üstünlükləri var?

"Youtube"un yeni, gözlənilməz funksiyaları nələrdir?

Yeni araşdırma: İnsanlar hələ də süni intellektdən üstündür

Bu qurum 295 min manatlıq avtomobil alır

Avropada yay tətili sifarişləri azalıb - Aviaşirkətlər həyəcan təbili çalır

Sumqayıtda “Abad məhəllə” layihəsi

“Aztelekom” yenidən təşkil olunur

Kirayə, yoxsa ipoteka sərfəlidir?

Kirayə, yoxsa ipoteka sərfəlidir?

Gənclərin ən çox müraciət etdiyi sığorta növləri

Baş nazirdən “Azərenerji” prezidenti vəzifəsi ilə bağlı QƏRAR

Ağdama 1987 ailənin köçü üçün 1,6 milyon manat ayrılıb

"Azərenerji"də iş vəd etdi, sinif yoldaşlarını aldatdı

Sabah bu ərazilərdə qaz verilişi dayandırılacaq

Bəzi ərazilərə dolu düşəcək, sulu qar yağacaq

Avropa İttifaqından "Apple" və "Meta"ya rekord cərimə

"PepsiCo" ilk rübdə gözləntiləri doğrultmayıb

"PepsiCo" ilk rübdə gözləntiləri doğrultmayıb

Bələdiyyələr pulunu nələrə xərcləyir? - Rəqəmlər

"Xalq Sığorta"nın mənfəəti 3 dəfə azalıb, 2 ildir vergi ödəmir

Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq - Bu tarixdən

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik - YENİLİK

Süni intellektin yaradıcı mütəxəssisləri bu sahədən pul qazana bilirlər?

Süni intellektin yaradıcı mütəxəssisləri bu sahədən pul qazana bilirlər?

Bakı Metropolitenindən 1 milyonluq sifariş

Avropanın məşhur kurortları iqlim dəyişikliyi səbəbilə yox ola bilər

VÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Baş nazirdən “Azərenerji” ilə bağlı QƏRAR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin