
İlon Mask BKS-ni mümkün qədər tez məhv etməyə çağırdı
"NASA Beynəlxalq Kosmik Stansiyanı (BKS) mümkün qədər tez orbitdən çıxarmalıdır, çünki ABŞ diqqətini Marsa uçuşa hazırlaşmalıdır".
Valyuta.az xəbər verir ki, bunu "SpaceX"in baş direktoru İlon Mask deyib.
"BKS-nin orbitindən çıxmağa hazırlaşmağa başlamağın vaxtıdır. O, öz məqsədini yerinə yetirdi. Bu gün stansiyanın az faydası var", deyə Mask yazıb.
O, izah edib ki, stansiya iki ildən sonra orbitdən çıxarıla bilər: "Qərarı prezident qəbul edir, lakin mən bunu mümkün qədər tez etməyi məsləhət görürəm. İki ildən sonra tövsiyə edirəm", detə "SpaceX" rəhbəri qeyd edib.
Xatırladaq ki, Mask daha əvvəl bildirmişdi ki, astronavtlar Butç Vilmor və Sunita Uilliams siyasi səbəblərdən BKS-də ilişib qalıblar.
Bu danimarkalı astronavt Andreas Mogensenin qəzəbinə səbəb olub. "Nə yalandır. Bu, əsas mediada dürüstlük olmamasından şikayət edən birindən gəlir", deyə o, X-də yazıb.
Maskın reaksiyası özünü çox gözlətmətib. O, "SpaceX"in bir neçə ay əvvəl astronavtları geri qaytara biləcəyini cavablandırıb və əlavə edib ki, Mogensen axmaqdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay