BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
65626

"Pokemon GO"nun yaradıcısı "Niantic" oyun bölməsini Səudiyyə Ərəbistanına məxsus "Savvy Games Group"un mobil oyun şirkəti "Scopely"yə satmağa hazırlaşır. 

Valyuta.az xəbər verir ki, razılaşma tamamlandıqdan sonra "Niantic"in populyar mobil oyunlarının hüquqları da "Scopely"yə keçəcək.

"Pokemon GO"nun inkişaf etdiricisi "Niantic" oyun bölməsini satmağa yaxındır. Məsələyə bələd olan mənbələrin məlumatına görə, şirkət Səudiyyə Ərəbistanına məxsus "Savvy Games Group"un mobil oyun şirkəti "Scopely" ilə təxminən 3,5 milyard dollarlıq satış razılaşması əldə edə bilər.

"Bloomberg"in xəbərinə görə, bu müqavilə qarşıdakı həftələrdə elan edilə bilər, lakin hələ ki, tam təsdiqlənməyib. Satış baş tutarsa, "Pokemon GO" və "Niantic"in digər mobil oyunlarının hüquqları "Scopely"yə keçəcək.

2016-cı ildə bazara çıxan "Pokemon GO" artırılmış reallıq (AR) texnologiyasına əsaslanaraq oyunçulara açıq havada gəzərək Pokemon tutmaq, onları təlim etdirmək və döyüşdürmək imkanı verdi. Oyun əvvəlcə Avstraliyada istifadəyə verildi, daha sonra Yeni Zelandiya və ABŞ-da yayımlandı. Çıxışından cəmi yeddi gün sonra serverlərin oyunçu axınına tab gətirə bilməməsi onun nə qədər böyük təsir yaratdığını göstərib.

"Pokemon GO" 2016-cı ildə aylıq 232 milyon aktiv istifadəçi ilə zirvə nöqtəsinə çatdı. Lakin "Niantic" bu uğuru digər oyunlarında təkrarlaya bilməyib. 2023-cü ildə şirkət iqtisadi çətinliklər səbəbindən yüzlərlə əməkdaşını işdən çıxarmaq və "Marvel" temalı bir AR oyununu ləğv etmək məcburiyyətində qaldı. Eyni zamanda, "Harry Potter: Wizards Unite" oyunu da mənfi rəylər səbəbindən bağlanıb.

"Niantic" 2015-ci ildə müstəqil şirkət olmadan əvvəl "Google"un tərkibində fəaliyyət göstərirdi. Şirkətin baş icraçı direktoru Con Henke xəritələmə texnologiyası sahəsindəki təcrübəsindən istifadə edərək real dünya ilə qarşılıqlı əlaqəni təmin edən bir oyun təcrübəsi yaratdı. Şirkətin açıqlamalarına görə, "Pokemon GO" bütün dövrlərin ən çox yüklənən və ən gəlirli artırılmış reallıq tətbiqlərindən biri olub.

"Niantic"in oyun bölməsini almağa hazırlaşan "Scopely" son dövrlərdə genişlənmə strategiyası həyata keçirir. 2023-cü ildə "Savvy Games Group" tərəfindən 4,9 milyard dollara satın alınan "Scopely" oyun portfelini böyütmək üçün yeni imkanlar axtarır. Ötən il "Niantic" oyunlarını Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir bazarına çıxarmaq üçün "Scopely" ilə əməkdaşlıq etmişdi. Bu müqavilə iki şirkət arasındakı münasibətlərin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni "Harri Potter"in çəkilişləri üçün bir milyard dollarlıq mini şəhər tikiləcək

Süni intellekt və 3D vizuallaşdırma: "Apple"ın "Matrix3D" texnologiyası nə vəd edir?

Bu ölkə Rusiya ilə sərhədə nəzarət üçün süni intellektdən istifadə edəcək

Qiymətə qarşı keyfiyyət: Bu yay Avropada ən yaxşı büdcəli istirahət şəhərləri

Məhkəmə qərarını dəyişmək adı ilə 5 550 manatlıq dələduzluq

Musiqi və alış-veriş: Müştəri davranışları necə formalaşır?

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti VƏFAT ETDİ

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti VƏFAT ETDİ

Azərbaycanda rəhbər vəzifəsində çalışan qadınlar - STATİSTİKA

“Ekoservis-A” şirkətinə məxsus texnika hərraca çıxarılır

Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi?

"Google"un həmtəsisçisi "Google Glass"ın uğursuzluğunu etiraf etdi

Bakıda parklanma məntəqələrinin sayı azaldılıb

Aİ Çindən göndərilən ucuz bağlamalara rüsum tətbiq edəcək

"Bitcoin" tarixi maksimumu yenilədi - 109 min dollar oldu

Çində oğurlanmış "iPhone"ların qlobal anbarı aşkarlandı

Mərkəzi Bank "Bakı Pambıq Əyirmə" ASC-ni cərimələyib

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsi olmayanların nəzərinə - İMTAHANSIZ VERİLƏCƏK

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb

Dünyanın ən zəngin NBA oyunçuları - Sərvətləri

Milli Depozit Mərkəzi ilə Qazaxıstan Fond Birjası arasında görüş keçirilib

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin