BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
65421

Avropa İttifaqının (Aİ) Rusiyaya 16-cı sanksiya paketi, Rusiya-Ukrayna müharibəsinin III ildönümünə günlər qalmış qəbul edilib.  

Aİ çərşənbə günü, Donald Trampın Ukraynanın taleyi ilə bağlı danışıqlara təzyiq göstərdiyi bir şəraitdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə razılığa gəlib. Bu isə sərt məhdudiyyətlərin uzunmüddətli perspektivdə davam etdirilib-etdirilməyəcəyi ilə bağlı suallar doğurub.  

Trampın dövlət katibi Marko Rubio Avropanın sonda Kremlə qarşı sanksiyaların yüngülləşdirilməsini müzakirə etmək üçün danışıqlar masasına çağırılacağını iddia edib.  

Rubio dünən Səudiyyə Ərəbistanında rusiyalı həmkarı ilə görüşdən sonra verdiyi açıqlamada, “Sanksiya tətbiq edən başqa tərəflər də var, Aİ də nə vaxtsa bu prosesdə yer almalıdır, çünki onların da sanksiyaları mövcuddur”, – deyə bildirib.  

O, “bütün tərəflərin” güzəştə getməli olduğunu vurğulayıb. Avropanın prosesdən kənarda qalması ilə bağlı suala isə “Heç kim kənara atılmır”, – cavabını verib.  

Buna baxmayaraq, ittifaq hələlik cəzalandırıcı siyasətini davam etdirməkdə qərarlıdır.  

Bu gün səfirlər arasında əldə edilən razılaşma, Avropa Komissiyası üzvlərinin Kiyevə edəcəyi ortaq səfərlə qeyd ediləcək işğalın üçüncü ildönümünə təsadüf edəcək şəkildə planlaşdırılıb. Bu, fevral 2022-ci ildən bəri qəbul edilən 16-cı sanksiya paketi sayılır.  

Rus alüminiumuna qadağa

Yeni sanksiyalar, daha əvvəl müzakirə edilən, lakin bəzi üzv dövlətlərin iqtisadi təsirlərlə bağlı narahatlıqları səbəbindən təsdiqlənməyən bir qərarı – Rusiyadan alüminium idxalına qadağanı da əhatə edir.  

İşlənməmiş rus alüminiumu Aİ-nin alüminium idxalının təxminən 6%-ni təşkil edir və son illərdə Avropa istehsalçılarının rusiyalı tədarükçülərdən uzaqlaşması ilə bu göstərici azalmağa başlayıb.  

Aİ daha əvvəl Rusiyadan idxal edilən məftil, boru və boru kəmərləri kimi bəzi alüminium məhsullarını qadağan etmişdi. Lakin bu məhsullar ümumi idxalın yalnız bir hissəsini təşkil edirdi. İndi isə qadağa külçə və təbəqə formasında satılan, ümumi idxal dəyərinin əsas hissəsini təşkil edən birincil alüminiumu da əhatə edəcək.  

"Kölgə donanması"na qarşı sərt tədbirlər

Xam metalın idxalına qoyulan məhdudiyyətlə yanaşı, son sanksiya paketi, Kremlin Qərbin neft ticarətinə qoyduğu məhdudiyyətləri aşmaq və Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi əsas gəlir mənbəyini qorumaq məqsədilə yaratdığı “kölgə donanması”na aid tankerlərin qara siyahısını genişləndirir.  

Bu donanma, yanlış məlumatlar ötürmək, izlənilməmək üçün transponderlərini söndürmək və neftin mənşəyini gizlətmək məqsədilə gəmilər arasında bir neçə dəfə yükləmə əməliyyatları aparmaq kimi aldatma üsulları tətbiq etməkdə şübhəli bilinən köhnə və sığortasız gəmilərdən ibarətdir.  

Bu gəmilərin vəziyyəti o qədər pisdir ki, "Brüssel" onların neft sızdıraraq Aİ ərazisi yaxınlığında ekoloji fəlakətə səbəb ola biləcəyindən narahatdır.  

"Baltik dənizi"ndə “kölgə donanması”nın sualtı rabitə kabellərinə sabotaj törətməkdə günahlandırıldığı bir neçə hadisədən sonra siyasi təzyiq pik həddə çatıb.  

Bu donanmanın təxminən 600 gəmidən ibarət olduğu təxmin edilir, lakin Kremlin məlumatları gizli saxlaması səbəbindən dəqiq rəqəmlər məlum deyil.  

Hazırda Çin və "Hindistan" rus neftinin əsas alıcılarıdır və bu neft adətən həmin ölkələrdə emal edildikdən sonra fərqli etiketlə Aİ bazarına qaytarılır.  

Diplomatların sözlərinə görə, Aİ-nin yeni sanksiyaları “kölgə donanması”na aid olduğu şübhə edilən 73 gəmini qara siyahıya salır. Beləliklə, ümumi siyahıdakı gəmilərin sayı 153-ə çatır.  

Bu gəmilərin hamısının Aİ limanlarına və Aİ xidmətlərindən istifadə etməsinə qadağa qoyulub.  

Bundan əlavə, blokun hüquqi sənədi yenidən nəzərdən keçirilib və indi “kölgə donanması”na məxsus gəmilərin sahiblərinin və operatorlarının, o cümlədən kapitanların qara siyahıya salınmasına imkan verir.  

Banklar və media qurumlarına qarşı yeni məhdudiyyətlər

Yeni sanksiyalar həmçinin 13 rus bankının "SWIFT" elektron ödəmə sistemindən çıxarılmasını və səkkiz rus media qurumunun yayım lisenziyalarının dayandırılmasını nəzərdə tutur.

Bazar ertəsi "Brüssel"də bir araya gələcək Aİ xarici işlər nazirlərinin bu sanksiyaları rəsmi olaraq təsdiqləməsi gözlənilir.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ Ayda nadir tapılan maddənin çıxarılması üçün xüsusi qurğu hazırladı

158 min manat vergi borcu olan şirkət kimindir?

"Volkswagen" ID subbrendindən imtina edir

Neyroşəbəkələrlə mübahisə: Süni intellekt, yoxsa insan daha inandırıcıdır?

Vergi borcu olan şirkət direktorunun ölkədən çıxışına STOP qoyuldu

Dünyanın ən incə oyun noutbuku tanıdıldı - FOTO

FHN-nin Cəbrayılla bağlı 3 milyonluq tenderi ləğv edildi

"80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

Bu ASC-yə məxsus əmlak hərraca çıxarılacaq

10 manatlıq şirkət borc içindədir

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır

İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

Bolqarıstan gələn ildən avroya keçəcək

Stomatoloqlardan 1200-1800 manat tələbinə TƏBİB-dən REAKSİYA

Daha çox dil, daha çox maaş...

Avropada ən yüksək gəlir hansı ölkələrdədir? -SİYAHI

“Bizə ödənilən rüsum xərclərimizin yarısını qarşılamır”

Kimlər əfvə düşə bilməz? (SİYAHI)

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olundu

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

Şirkətin əmlakı hərraca çıxarılır - Vergi borcuna görə

Feldşer lotereyadan 1 milyard uddu

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin