BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9496
  • RUB
    2.1656
  • TRY
    0.043
  • GBP
    2.2799
70767

Sosial şəbəkələrdə və internet satış portallarında avtomobil nömrələrinin çox baha qiymətlərə satıldığını görürük. Hətta 50-100 min manata qədər qiymətlərlə qarşılaşmaq mümkündür.

Bəs avtomobil nömrələrini fantastik qiymətə satışa qoymaq olarmı?

Mövzu ilə bağlı Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, dövlət nömrə nişanlarının satışı ilə bağlı elanların əksəriyyəti həmin nömrələrin təhkim olunduğu avtomobillərin sahiblərinin xəbəri olmadan saytlara yerləşdirilir:

“Araşdırma zamanı məlum olur ki, əksər hallarda nömrə sahibinin bundan, ümumiyyətlə, xəbəri olmur. Bəziləri isə nömrələrin deyil, məhz həmin nömrələrin təhkim olunduğu avtomobillərin satışı ilə bağlı elan verdiklərini bildirirlər. Baş Dövlət Yol Polisi İdarəsi bir daha əhalinin diqqətinə çatdırır ki, bu cür elanlara inanmasınlar. Çünki bunun heç bir hüquqi əsası yoxdur. Qanunvericiliyin tələbinə əsasən, dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya sahibi tərəfindən digər şəxslərə satıla bilməz”

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanunvericilikdə avtomobil qeydiyyat nömrələrinin satılması yoxdur:

“Bunu bazara çeviriblər və öz şəxsi nömrələrini satırlar. Nömrə satışının hüquqi yolu yalnız nəqliyyat vasitəsinin ələ keçirilməsi zamanı nömrənin də üzərində qalmasıdır. Yəni bu zaman nömrə saxlanıla, yaxud dəyişdirilə bilər. Bəzi şəxslər öz aralarında razılığa gəlirlər, avtomobil satılır və üzərində nömrə də satılır. Bu zaman nömrəni alan adam ondan başqa maşınlarda da istifadə edə bilir. Bildiyim qədərilə vətəndaşların bromda saxlatdırdıqları nömrələr olur ki, onları istədikləri kimi istifadə edirlər. Nömrəni saxlayır, sonra da gedib deyirlər, həmin nömrəni hansısa avtomobilə keçirsinlər. İndi ona da qadağa qoyulub. Artıq o prosedurlar həyata keçirilmir”.

Ekspert bildirib ki, bu alverin içərisində həm də fırıldaqçılıq var:

“Necə ki kirayə ev adı ilə elan qoyub beh alaraq fırıldaqçılıq edirlərsə, bu sahədə də fırıldaqçılıq edilir. Dələduzlar beh aldıqdan sonra yoxa çıxırlar. Diqqətli olmaq lazımdır, dəfələrlə belə hallarla bağlı müraciətlər olub. Eyni zamanda, tamam başqa birinə məxsus olan nömrələr də satışa qoyulur. Belə hallar da var, biz bir dəfə Baş Dövlət Yol Polisi İdarəsi ilə bunu monitorinq etdik. Məlum oldu ki, belə fırıldaqçılıq əməlləri də var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Bakı metrosu bu gün 2 saat artıq işləyəcək

Qarabaşağı Almaniyadan 11 manata, Qazaxıstandan 56 qəpiyə alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Qarabaşağı Almaniyadan 11 manata, Qazaxıstandan 56 qəpiyə alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Avro və rubl ucuzlaşıb

"Unicapital”da “köhnə hamam, köhnə tas”- biznes itkiləri 375 milyonu ötdü

Azərbaycan ən çox bu ölkələrdən vafli alır

"Bitcoin" bir az da gerilədi - Altcoinlər də dəyər itirir

İşdə uğur qazanmağın yolu - Motivasiya niyə vacibdir? - SƏHƏR OXUSU

97 min manat borcu olan şirkət kimindir?

"OpenAI" xəbərdarlıq edir: ChatGPT vasitəsilə bioloji silahların yaradılması riski artır

Otellərin ulduz reytinq sistemi nədir?

Otellərin ulduz reytinq sistemi nədir?

Cəbrayılda xəstəxana tikintisi ilə bağlı daha bir tender

Azərbaycan startapı Clopos 800 min dollar investisiya alıb

Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllim əlavə dərs saatı tələb edə bilər?

Süni intellekt ofislərdə yeni normaya çevirilir - ABŞ-da artıq 40 faizdir...

10 manatlıq şirkətin 109 min manat vergi borcu var

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır: İstifadəçilər imtina edir

Nazirliyin idarəsi bu şirkətdən 19 milyonluq dəftərxana və təsərrüfat malları alır

Bu MMC-nin baş direktoru əmək müqaviləsinə əməl etməyib

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI+FOTOLAR

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI+FOTOLAR

Türkiyə "Google"a qarşı araşdırmaya başladı

48 saat əvvəl sifariş, 18 karatlıq qızıl qaşıqla servis ... - Status simvolu qida

Bu agentliyə məxsus avtomobil hərraca çıxarılır

Rəsmiyyə Həşimovaya vəzifə verildi

Sabah rəsmi iş günü olacaq - QƏRAR

Ötən sertifikasiyadan keçə bilməmişdi, bu il 59 bal topladı

2025-ci ildə səyahət edə biləcəyiniz ən az büdcəli 10 ölkə - Səyyah

2025-ci ildə səyahət edə biləcəyiniz ən az büdcəli 10 ölkə - Səyyah

Bu ölkədən ədədi 1845 manatdan binokl almışıq

"Apple" Trampın tələbinə baxmayaraq, Hindistanda "iPhone" istehsal edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin