
20.05.2025 / 23:12
"Volkswagen" ID subbrendindən imtina edir
70738
"Volkswagen" şirkəti elektrik avtomobilləri üçün yaratdığı ID subbrendindən imtina edəcəyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Auto und Wirtschaft" nəşrinə verdiyi müsahibədə "Volkswagen" Direktorlar Şurasının üzvü Martin Sander məlumat verib.
Sanderin sözlərinə görə, şirkət elektromobil modellərini daha sadə və aydın təqdim etmək niyyətindədir. Bu səbəbdən də 2017-ci ildən bəri istifadə olunan və "intelligent design" (intellektual dizayn) ifadəsinin qısaltması olan ID adı ləğv ediləcək.
ID subbrendi çərçivəsində ilk model ID.3 hetçbeki olub. Daha sonra bu seriyaya ID.4, ID.5 və ID.6 krossoverləri, ID.7 sedanı və ID.Buzz mini-veni əlavə edilib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay