
19.02.2025 / 10:04
“İpək Yolu Sığorta”nın rəhbərliyində dəyişiklik olub
65376
“İpək Yolu Sığorta” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən azad edilib.
Bu, Kəmalə Xəlilzadə Sabir qızıdır. Onun yerinə təyinat olmayıb və sədrlə bərabər bir üzv qalıb.
K.Xəlilzadə uzun müddətdir sığorta şirkətində çalışır. O, sığorta şirkətində Sığorta şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 38,74 %-i Cəmilə Əsgərovaya, 38,74 %-i Məlahət Əsgərovaya, 19,05 %-i “Silk Way Airlines” şirkətinə, 3,47 %-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.
©Banker.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay