BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
65024

Mənzil bazarında qiymətləri analiz etdikdə fərdi yaşayış evlərinin bina evlərindəki mənzillərə nisbətən daha ucuz olduğu görünür.

Aradakı qiymət fərqi 30-40 min manat, bəzən daha çox olur. Belə ki, Bakıətrafı ərazilərdə birotaqlı, sahəsi 55 kvadratmetr, tam təmirli fərdi yaşayış evi 45-50 min manat civarında satılsa da, bu qiymətə mənzil tapmaq müşkül məsələdir.

Maraqlıdır, görəsən, həyət evləri ilə binalardakı mənzillərin qiymətlərində bu cür fərqin səbəbi nədir?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə qeyd edib ki, qiymət fərqini yaradan amillərdən biri həyət evlərinin infrastruktur cəhətdən inkişaf etmiş ərazilərdən kənarda yerləşməsidir:

"Diqqət etsəniz, metro stansiyalarının ətrafında, əsasən, çoxmərtəbəli binalar yerləşir. Məsələn, metronun "Neftçilər" stansiyasının yaxınlığındakı kimi, fərdi yaşayış evləri isə kənarda, Bakıxanov qəsəbəsi ərazisindədir".

Çıxarış problemi

Ekspert bildirib ki, fərdi yaşayış evlərinin ucuz olmasının digər səbəbi yaşayış evinin, torpaq sahəsinin xüsusi mülkiyyətdə olub-olmaması ilə bağlıdır:

"Qiymətdə nisbətən ucuz olan fərdi yaşayış evlərinin torpaq sahəsi xüsusi mülkiyyətdə deyil, ya bələdiyyə, ya da dövlət mülkiyyətindədir. Qiymət təklif olunarkən də yalnız onun üzərindəki mənzilin qiyməti hesablanır. Xüsusi mülkiyyətdə olan torpaq sahələrində tikilmiş evlər isə binalardakı mənzillərdən də baha satılır. Eyni ərazi olan iki ev ola bilər ki, birinin torpağı xüsusi mülkiyyətdə, digəri isə dövlət mülkiyyətində olsun, bu zaman onların arasında da qiymət fərqini biz müşahidə etmiş olarıq".

R.Qasımzadə fərdi yaşayış evlərini seçənlərin diqqət etməli olduqları məqamları da bölüşüb:

"Bəzən vətəndaşlar qiymətin aşağı olmasına aldanır, ucuz həyət evini alırlar. Lakin sonra məlum olur ki, torpaq bələdiyyə mülküdür. Vətəndaşlar bu məsələlərə diqqət etməlidirlər. Çıxarışların əksəriyyətində də bunlar göstərilir. Fərdi yaşayış evinin çıxarışının olması o demək deyil ki, torpaq sahəsi də buraya aiddir. Ona görə də çıxarışdakı torpaq sahəsinin hüquq növünün hansına aidiyyətinin olmasına diqqət edilməlidir. Hüquq növü dövlət, bələdiyyə olduqda vətəndaşın torpaqdan istifadə hüququ olur, lakin mülkiyyət hüququ olmur".

Ekspert mənzil-tikinti kooperativlərinin (MTK) satdıqları fərdi yaşayış evlərinin də çoxmərtəbəli binalardakı mənzillərdən ucuz olmasının səbəblərini izah edib:

"MTK-lardan fərdi yaşayış evi alanda baxmaq lazımdır o evi satanda torpaq sahəsini də satır, ya yox. Yəni ola bilər ki, yalnız tikiliyə çıxarış verilsin. MTK öz mülkiyyətində olan torpağın üzərində istəsə, fərdi yaşayış evi tikib satar, istəsə, çoxmərtəbəli bina. O, həyət evini satanda torpağın mülkiyyəti yenə də özündə ola bilər. Bu zaman da torpağın mülkiyyət hüququnun vətəndaşa verilməməsinə görə MTK-nın tikdiyi həyət evi almaq daha ucuz başa gələr".

O bildirib ki, fərdi yaşayış evinin tikintisi ilə çoxmərtəbəli binanın tikintisi bir deyil, binada bir kvadratmetrin maya dəyəri daha yüksəkdir, nəinki fərdi yaşayış evində.

Dəyişən qaydalar

Ekspertin sözlərinə görə, mənzil bazarında qiymətlər hələ stabildir:

"Hazırda mənzil qiymətlərinin yüksək olmasının səbəbi mənzil bazarında qıtlığın olması ilə əlaqədardır. Çünki tələb çoxdur, təklif isə azdır. Qiyməti 250 mindən yüksək olan mənzil təklifləri 200 mindən aşağı qiymətlilərə nisbətən çoxdur. Mənzil qiymətlərinin yüksək olmasının səbəblərindən biri söküntü işlərinin aparılması ilə əlaqədardır. Biz hazırda tikinti bumu yaşamırıq. 2018-ci ilə qədər tikintisi aparılan mənzillər daha çox idi. Bu da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2019-cu ildə tətbiq etdiyi qaydalar ilə bağlıdır. Əvvəllər 10 sotda, 100 kvadratmetr ərazidə birbloklu bina inşa etmək mümkün olurdusa, artıq bunun üçün 600 kvadratmetr, yəni 60 sot torpaq tələb olunur. Bunun üçün də torpaq sahələri tapılmır. Mərkəz yerlərdən kənarlarda inşaat işləri həyata keçirilir. Qarşıdakı illərdə də qiymət artımı istisna edilmir".

©oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şimali Koreyadan gizli çıxarılan telefon hər kəsi heyrətləndirdi - Avtomatik senzura sistemi...

Bu şirkətin qanuni təmsilçisi ölkədən çıxa bilmir

Arzuya gedən yol: "Real"da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş

10 manatlıq şirkətin vergi borcu var - Sahibkarın ölkədən çıxışına stop qoyula bilər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

Məhkəməyə məxsus avtomobil hərracda satıldı

“Healthy Body” şirkətinin rəhbərinə “stop” qoyuldu

Dropshipping nədir və Azərbaycanda bu işə başlamaq olar?

Dünyanın ən böyük dəmir filizi yatağı kəşf edildi - Harada yerləşir?

Alman termonüvə reaktoru dünya rekordu müəyyən etdi

184 min manat vergi borcu olan şirkət kimindir?

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş

Bu restoranlar cərimələndi

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin