Satıcılar mağazada müştərinin arxasınca gəzməlidir?

Redaktor

07.02.2025 11:23
415

Satıcılar mağazada müştərinin arxasınca gəzməlidir?

Ticarət mərkəzləri və ya bəzi satış yerlərində bəzən müştəriləri narahat edəcək hallar baş verir. Bunlardan biri də müştərinin satıcı tərəfindən narahat edilməsidir. Belə ki, müştəri mağazaya daxil olduğu andan satıcı onu izləyir, yaxından müşahidə edir. Bu da gələn müştəriləri narahat edir, hətta alışı istədikləri halda həyata keçirmədən uzaqlaşırlar. Çünki müştərilərdə satıcıların onlara güvənmədiyi fikri formalaşır. Təbii ki, bu da satış prosesinə ziyan vurur. Hər iki tərəfdən baxdıqda bu hal doğru sayılırmı? Əslində satıcılar müştəri içəri daxil olduqda necə davranmalıdır?

         ⇒ Daha çox xəbər üçün Telegram kanalımıza abunə olun

Valyuta.az-a açıqlamasında marketoloq Ruslan Qocayev bildirdi ki, bu kimi problemlər aktualdır və pərakəndə satış yerlərində daha çox nəzərə çarpır:

“Müştəri ilə satıcı arasında qeyri-verbal, danışıq və digər təmas olmamalıdır. Elə müştəri var ki, o dükana gələndə, nə almaq istədiyini bilir. Müştərinin hərəkətindən, içəri daxil olarkən getdiyi tərəfdən və.s bilinir ki, gələn müştəri nə istədiyini tapacaq. Belə bir müştəri ilə qarşılaşdıqda satıcı artıq onu narahat etməməlidir. Elə müştəri də var ki, satıcı gələn müştərinin axtarışda olduğunu hiss edir. Müştərinin axtarış hərəkətlərini, fikirləşməsini gördükdə, yaxınlaşaraq özünü təqdim etməlidir”. 

“Satıcı müştərini hiss etməlidir”

R.Qocayev bildirdi ki, satıcının müştərinin hərəkətlərinə uyğun davranması onun peşəkarlığını göstərir: “Satıcı müştərini hiss etməlidir. Satıcıların peşəkarlığı onda bilinir ki, onlar müştəriyə hiss edilməyən "təkan" verərək onu alış etməyə sövq edirlər. Düzdür, elə məhsullar var ki, orda peşəkar konsultasiya tələb olunmur, lakin elə məhsullar var ki, orda peşəkar konsultasiya əksər hallarda mütləqdir. Məsələn, kompüter, telefon, TV, və digər avadanlıqlar, dərmanlar və s. bu kimi məhsulların satışında peşəkar satıcı artıq satış strategiyasını tətbiq etməyi bacarmalı, düzgün ünsiyyət qurmalıdır. Bundan başqa, bədən dilini - üz ifadəsi, bədən hərəkətləri, əl hərəkətləri və.s bilmək həm satıcı- müştəri əlaqəsinə, həm də satış strategiyasına müsbət təsir göstərir”.

“Təlimlər müştəri-satıcı əlaqəsini qoruyur”

R.Qocayev satış strategiyasında təlimlərin vacibliyini vurğuladı: “Rəhbərliyin rolu ondan ibarətdir ki, əsasən, satıcı personalına, sırf satışla məşğul olanlara mütləq peşəkar təlimlər keçməlidir. Satışı həyata keçirən pərakəndə satış mərkəzlərində birbaşa satıcının özüdür. Satıcı və müştəri arasında olan əlaqəni qorumaq üçün təlimlərin olması mütləqdir. Hər bir biznesdə gəlir qazanmalıdır. Gəlirin əsas mənbəyi isə satışdandır”.

“Satıcı-müştəri əlaqəsini qorumaq üçün Avropa və ABŞ-da bəzi mağazalarda belə bir fərqləndirici xüsusiyət var. Girişdə iki rəngdə - qırmızı və yaşıl səbət qoyurlar. Əgər müştəriyə hər hansı kömək lazım olsa, o yaşıl səbəti götürür, yox əgər lazım deyilsə, qırmızı səbət götürür”. 

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025

Məzənnə

Yüklənir...