BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
64574

Azərbaycan son illərdə təbii qaz ixracını Qərbə doğru genişləndirərək, Avropanın 10 ölkəsinə qaz tədarük edən əsas dövlətlərdən birinə çevrilib.  

Ukraynada davam edən müharibə səbəbindən qaz böhranı yaşayan Avropa enerji mənbələrini şaxələndirmək üçün yeni yollar axtarır. Bu axtarışlar Bakıdan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan 3 500 kilometrlik "Cənub Qaz Dəhlizi"nin əsas iştirakçılarından biri olan Azərbaycana marağı artırıb və bu ölkə ilə enerji sahəsində əlaqələri daha da dərinləşdirib.  

18 iyul 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Əvvəlcə yalnız Gürcüstan və Türkiyəyə qaz tədarük edən Azərbaycan sonrakı mərhələdə Avropanın 10 ölkəsi ilə müqavilələr bağlayaraq, ümumilikdə 12 ölkəyə qaz ixrac edən dövlətə çevrilib.  

Hazırda Azərbaycanın təbii qaz ixracının 50 faizi Avropa ölkələrinin payına düşür. Aİ liderləri Azərbaycanı "etibarlı qaz təchizatçısı" kimi dəyərləndirir.  

Azərbaycan hazırda qaz tədarük etdiyi Avropa ölkələri:

1. İtaliya

2. Yunanıstan

3. Bolqarıstan

4. Macarıstan

5. Rumıniya

6. Serbiya

7. Şimali Makedoniya

8. Slovakiya

9. Sloveniya

10. Xorvatiya

Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə - "Cənubi Qafqaz Boru Kəməri", "Trans-Anadolu Qaz Boru Kəməri" ("TANAP") və "Trans-Adriatik Boru Kəməri" ("TAP") ilə Avropaya nəql olunur.

Bu ölkələr Rusiya qazının kəsilməsi səbəbindən qış aylarında enerji tələbatlarının bir hissəsini Azərbaycan qazı ilə qarşılayır. Həmçinin, bu ölkələrə qonşu olan bəzi dövlətlərin də gələcəkdə Azərbaycandan qaz almağa başlayacağı proqnozlaşdırılır.  

Azərbaycan 2023-cü ildə 23,8 milyard kubmetr, 2024-cü ildə isə 25,2 milyard kubmetr qaz ixrac edib.  

2023-cü ildə Avropaya 11,8 milyard kubmetr qaz göndərən Azərbaycan bu həcmi 2024-cü ildə 12,9 milyard kubmetrə çatdırıb. Bundan əlavə, 2024-cü ildə Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstana isə 2,4 milyard kubmetr qaz ixrac edilib.

Aİ ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz tədarükü 20 milyard kubmetrə çatdırılmalıdır.  

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir və "Abşeron", "Ümid", "Babək", "Asiman" və "Qarabağ" yataqlarında aparılan kəşfiyyat işlərinin nəticəsində bu həcmin daha da artacağı gözlənilir.  

Ölkədə qaz hasilatının əsas hissəsi "Şahdəniz" yatağında həyata keçirilir. Bu ilin ilk rübündə "Azəri-Çıraq-Günəşli" yatağından da qaz hasil ediləcəyi, "Abşeron" yatağındakı istehsalın isə illik 1,5 milyard kubmetrdən 5 milyard kubmetrə çatdırılması planlaşdırılır.  

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində "Bizə və tərəfdaşlarımıza ən azı 100 il yetəcək qədər qaz ehtiyatımız var" ifadəsini işlədərək, ölkənin Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini vurğulayıb.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tez öyrənmə bacarığı ilə seçilən uğurlu iş adamının hekayəsi - SƏHƏR OXUSU

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin