BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
63293

"Apple" şirkətinin Çindəki smartfon satışları ötən ilin dördüncü rübündə 2023-cü illə müqayisədə 25% azalıb. Eyni zamanda, əsas rəqibi "Huawei" satışlarını 24% artıraraq bazardakı mövqelərini gücləndirib. 

Valyuta.az xəbər verir ki, bu barədə texnologiya sahəsində aparıcı analitik şirkət "Canalys" yazıb.

Dördüncü rübdə "Apple" Çində 13,1 milyon smartfon sataraq 17%-lik bazar payını qoruyub. Bu nəticə, əsasən, yanvarın 4-dən 7-dək keçirilən satış stimullaşdırıcı kampaniyalar çərçivəsində yeni "iPhone 16" modellərinə tətbiq edilən 500 yuan (təxminən 69 ABŞ dolları) məbləğində endirimlər hesabına mümkün olub.

Lakin "Apple"ın liderlik mövqeyi təhlükə altındadır. Yerli istehsalçılar "Huawei" və "Vivo" dördüncü rübdə hər biri 12,9 milyon smartfon sataraq bazar paylarını "Apple" ilə bərabər səviyyəyə - 17%-ə çatdırıblar.

"Canalys"in məlumatlarına görə, 2023-cü ilin oktyabr-dekabr aylarında "Huawei" satışlarını 24%, "Vivo" isə 14% artırıb. Lakin ən böyük artımı "Xiaomi" şirkəti nümayiş etdirib. Şirkət bu dövrdə smartfon satışlarını 29% artıraraq ən yüksək nəticə göstərib.

"Xiaomi"nin uğurunun səbəbi il ərzində öz istehsalı olan elektrik avtomobillərinə və məişət texnikasına ağıllı həllərin inteqrasiyası ilə izah olunur. Bu yanaşma istifadəçilər arasında etimadı artıraraq, smartfonların satışını gücləndirib.

2024-cü ildə Çin bazarında ümumi smartfon satışları 2023-cü illə müqayisədə 4% artaraq 285 milyondan çox ədədə çatıb. Lakin "Apple"ın satışlarının azalması fonunda, Çin istehsalçıları sabit artım nümayiş etdiriblər.

Bazar payı üzrə ilin nəticələrinə əsasən:

* "Vivo" birinci yerdə 17%-lik bazar payı ilə;
* "Huawei" ikinci yerdə 16%-lik payla;
* "Apple" isə üçüncü yerdə 15%-lik payla qərarlaşıb.
* "Oppo" və "Honor" da hər biri 15%-lik payla "Apple"ın yanında mövqelərini qoruyub.

"Canalys" analitikləri 2025-ci ildə Çində smartfon satışlarının 290 milyonu keçəcəyini proqnozlaşdırırlar. Bu artımı aşağıdakı amillər stimullaşdıracaq:

* Tələbata təsir edəcək sabit makroiqtisadi mühit;
* Çin hökumətinin smartfonları da əhatə edən ümummilli subsidiya proqramları;
* Smartfon texnologiyalarının təkmilləşdirilməsi, məsələn, batareyaların ömrünün uzadılması, yüngül və nazik dizaynlar, süni intellektlə təchiz edilmiş əməliyyat sistemlərinin yenilənməsi.

"Apple" şirkətinin Çin bazarındakı mövqelərini itirməsi ilə yanaşı, şirkət digər çətinliklərlə də üzləşir. Məlumata görə, "Apple" istifadəçilərin icazəsi olmadan cihazlarından dinləmə həyata keçirdiyinə görə 95 milyon dollar məbləğində təzminat ödəmək barədə razılığa gəlib.

Çindəki smartfon bazarı yüksək rəqabət şəraiti ilə seçilir. Yerli istehsalçıların güclü yüksəlişi və texnoloji innovasiyalar onların mövqelərini möhkəmləndirir, "Apple" isə bu mühitdə bazar liderliyini saxlamaqda çətinlik çəkir. 2025-ci ilə qədər gözlənilən bazar artımı isə Çində yerli şirkətlərin daha böyük üstünlük qazanacağını göstərir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel" yeni tərəfdaşlıqla yaddaş bazarına qayıdır

Səhiyyə Nazirliyinin bu qurumunun 100 minlik borcu var

Bu universitetdə yarım milyonluq laboratoriya qurulacaq

Psixoloji qiymət siyasəti nədir?

Bir km-dən millimetrlik yazıları oxuya bilən lazer sistemi hazırlandı

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

14 min tələbənin universitetdən uzaqlaşdırılması: "Bu, acınacaqlı və narahatedici haldır"

ANAMA bu sahibkardan 390 min manatlıq təkər alır

Türk iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" "Microsoft"u taxtdan saldı: Yenidən dünyanın ən dəyərli şirkəti oldu

Toplanan 2,7 milyon manatlıq sığorta üzrə ödəniş edilməyib

Yüz milyonlarla smartfon sındırılma riski ilə üzləşdi

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

Hakim təyin olunanlardan 6-sı prokurorluq əməkdaşı imiş

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin