BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9359
  • RUB
    2.0852
  • TRY
    0.0444
  • GBP
    2.2618
63031

"Apple" ötən il öz süni intellekt vasitələrini ehtiva edən "Apple Intelligence" adlı funksiyalar dəstini təqdim etmişdi. Bu süni intellekt prosesləri cihazın daxilində həyata keçirildiyi üçün "Apple Intelligence" yalnız "iPhone 15 Pro" və daha yeni cihazların texniki təchizatına əsaslanır. Lakin analitik Min-Çi Kuo bu tələblərə baxmayaraq, "Apple Intelligence"ın iPhone satışlarını artırmadığını bildirir.

Valyuta.az xəbər verir ki, Kuo öz bloq yazısında "Apple"ın "Apple Intelligence"ı təqdim etmək səylərinin "iPhone" satışlarında artıma səbəb olmadığını vurğulayıb. Təchizat zəncirindəki mənbələrə istinad edən analitik əksər "iPhone" istifadəçilərinin sırf süni intellekt xüsusiyyətləri üçün yeni modelə keçmədiyini qeyd edir.

Bu fikri dəstəkləyən bir digər məlumat isə "SellCell" tərəfindən ötən ay keçirilmiş sorğunun nəticələridir. Sorğu göstərib ki, istifadəçilərin əksəriyyəti "Apple Intelligence"a böyük dəyər vermir.

Kuo bildirir ki, rəqibləri sürətlə irəlilədikcə, "Apple" WWDC 2024-də "Apple Intelligence" elan edərkən yaratdığı ilkin həyəcanı saxlaya bilməyib. O, həmçinin "OpenAI"ın "ChatGPT" platforması kimi bulud əsaslı süni intellekt xidmətlərinin üstünlüklərinə diqqət çəkərək, "Apple Intelligence"ın tamamilə cihaz daxilində işləməsinin onun üçün struktur problemləri yaratdığını qeyd edir:

"Apple"ın cihazdan işləyən süni intellekt xüsusiyyətlərini tanıtma cəhdi bir neçə struktur çətinliklə üzləşib. Məsələn, WWDC 2024-də "Apple Intelligence" elan edilərkən yaranan ilkin marağa baxmayaraq, bulud əsaslı süni intellekt xidmətlərinə nisbətən onun cazibəsi xeyli azalıb. Xüsusilə də, bulud əsaslı xidmətlər sonrakı aylarda sürətlə inkişaf etdi. "Apple Intelligence"ın cihaz dəyişdirmə dövrlərindən fayda əldə etmək qabiliyyətinə dair heç bir sübut yoxdur".

"Apple", "Apple Intelligence" xüsusiyyətlərini tədricən istifadəçilərə təqdim edir. İlk olaraq iOS 18.1 versiyasında yazım vasitələri və mətn xülasəsi funksiyası təqdim olunub. Daha sonra iOS 18.2 ilə birlikdə "Genmoji", "Image Playground" və "ChatGPT" inteqrasiyası əlavə edilib. Uzun müddətdir gözlənilən, ekran məlumatlılığına sahib inkişaf etmiş Siri isə bu ilin aprel ayında istifadəyə veriləcək.

Lakin bu xüsusiyyətlərin maraq doğurmamasının əsas səbəblərindən biri onların məhdud istifadəsidir. Hazırda "Apple"ın süni intellekt funksiyaları yalnız ingilis dilində əlçatandır. Şirkət, bu il ərzində digər dillərin dəstəklənəcəyini açıqlasa da, hazırkı məhdudiyyətlər istifadəçilər arasında marağın azalmasına səbəb olub.

Texnologiya nəhəngi, "Apple Intelligence" vasitəsilə yeni məhsullarının reklamını davam etdirir. "iPhone 16" və "M4 Mac" seriyası üçün hazırlanan reklamların əksəriyyəti "Genmoji" və mətn xülasəsi kimi xüsusiyyətlər üzərində qurulub. Buna baxmayaraq, bu reklamlar satışların artımına nəzərəçarpacaq dərəcədə təsir etməyib.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Boeing" Çin üçün təyyarə istehsalını dayandırmaqla hədələyir

ChatGPT üçün təhlükə zəngləri: Süni intellekt sahəsində daşlar yerindən oynayır

"Microsoft" "ağ hakerlər"ə 1,6 milyon dollar mükafat ödəyib

“ZEN Architects and Construction” şirkətinin xeyli miqdarda vergi borcu var

Kommunal təsərrüfata rəhbərlik edəcək dövlət qurumunun yaradılması təklif olunur – Hansı üstünlükləri var?

"Youtube"un yeni, gözlənilməz funksiyaları nələrdir?

Yeni araşdırma: İnsanlar hələ də süni intellektdən üstündür

Bu qurum 295 min manatlıq avtomobil alır

Avropada yay tətili sifarişləri azalıb - Aviaşirkətlər həyəcan təbili çalır

Sumqayıtda “Abad məhəllə” layihəsi

“Aztelekom” yenidən təşkil olunur

Kirayə, yoxsa ipoteka sərfəlidir?

Kirayə, yoxsa ipoteka sərfəlidir?

Gənclərin ən çox müraciət etdiyi sığorta növləri

Baş nazirdən “Azərenerji” prezidenti vəzifəsi ilə bağlı QƏRAR

Ağdama 1987 ailənin köçü üçün 1,6 milyon manat ayrılıb

"Azərenerji"də iş vəd etdi, sinif yoldaşlarını aldatdı

Sabah bu ərazilərdə qaz verilişi dayandırılacaq

Bəzi ərazilərə dolu düşəcək, sulu qar yağacaq

Avropa İttifaqından "Apple" və "Meta"ya rekord cərimə

"PepsiCo" ilk rübdə gözləntiləri doğrultmayıb

"PepsiCo" ilk rübdə gözləntiləri doğrultmayıb

Bələdiyyələr pulunu nələrə xərcləyir? - Rəqəmlər

"Xalq Sığorta"nın mənfəəti 3 dəfə azalıb, 2 ildir vergi ödəmir

Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq - Bu tarixdən

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik - YENİLİK

Süni intellektin yaradıcı mütəxəssisləri bu sahədən pul qazana bilirlər?

Süni intellektin yaradıcı mütəxəssisləri bu sahədən pul qazana bilirlər?

Bakı Metropolitenindən 1 milyonluq sifariş

Avropanın məşhur kurortları iqlim dəyişikliyi səbəbilə yox ola bilər

VÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Baş nazirdən “Azərenerji” ilə bağlı QƏRAR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin