BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
62807

Son bir neçə ildir daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur. Bu qiymət artımına isə müxtəlif amillər təsir edir. Paytaxt Bakı ilə yanaşı ölkənin digər iri şəhərlərində də daşınmaz əmlak bazarında bahalaşma var. Bəs 2025-ci ildə bu bazarı nə gözləyir? Daşınmaz əmlak bazarında qiymətlər necə dəyişəcək?

Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, 2025-ci ildə mənzil bazarında qiymətlərdə 20-25 faiz artım müşahidə olunacaq.

Ekspert əlavə edib ki, ipoteka ilə satılan mənzillərdə qiymət artımları daha ciddi şəkildə ola bilər:

“Son 3 ildə satılan daşınmaz əmlakların 70 faizə qədər hissəsi müxtəlif növ kredit şərtləri- ipoteka və daxili kreditlərlə satılan əmlaklardır. Hər hansısa bir əmlak ipoteka krediti ilə satılırsa, bu əmlakların kredit müddəti bitməyənə qədər onlar satışa çıxarıla bilmir. Son illər kreditlə, xüsusi ilə ipoteka krediti ilə satılan əmlakların yenidən əmlak bazarına daxil olub, satışa çıxmasına artıq uzun - 5, 10, 20 il vaxt tələb olunur. Bu da onu deməyə əsas verir ki, ipotekalara tələbat artdıqca, ipoteka predmetinə çevrilə bilən əmlakların satış qiymətlərində ciddi artımlar olacaq. Çünki tələbat çox, amma əmlak sayı azdır”.

2025-ci ildə əmlak bazarı ilə bağlı gözləntilərdən danışan Elnur Fərzəliyev bildirib ki, bu il çıxarışsız fərdi həyət evlərinə çıxarışların verilməsi gözlənilir:

“Əgər həmin evlərə çıxarış verilərsə, bu əmlak bazarına 10 minlərlə ucuz çıxarışı olan evlərin daxil olması deməkdir. Bu qədər də əmlak bazara daxil olarsa, rəqabət yarada, qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər. Başqa bir tərəfdən isə artıq belə bir hal baş verərsə, xüsusən də ölkənin böyük şəhərlərində aztəminatlı insanların ev problemləri aradan qalxmış olar. Hazırkı vəziyyətdə çıxarışı olmayan ucuz fərdi həyət evlərinin qiymətləri 20 min-70 min arası dəyişir. Həmin evlərə də çıxarışlar verildiyi zaman, onlar ipoteka predmetinə çevriləcək. Bu zaman isə həmin mənzillərin ilkin ödənişi, aylıq ödənişi az olacaq və hər kəs üçün əlçatan ola biləcək. Bu baxımdan da gözlənti və ümidlər həmin evlərə sənədlərin verilməsidir ki, bu hal baş versə, qiymətlərdə stabilləşmənin olması, hətta ucuzlaşmanın olması qaçılmılmazdır. Bundan başqa 2025-ci ildə də məcburi köçkünlərin böyük bir hissəsi yenidən işğaldan azad olunmuş ərazilərdə tikilən evlərə köçürüləcək. Onların da böyük bir qismi də yenidən öz yurd-yuvalarına geri dönərlərsə, bu artıq həmin ərazilərə tələbatın artmasına, paytaxt Bakıda isə tələbatın azalmasına səbəb olacaq. Bundan başqa paytaxtda məcburi köçkünlərə verilmiş həmin evlərin ucuz qiymətə satışa çıxarılması da əmlak bazarına öz təsirini göstərəcək. Bu ucuz əmlaklar isə bazarda baha satılan əmlakların qiymətinin hansısa bir formada artmasının qarşısını ala bilər”.

“Bakıda əmlakların qiyməti yerləşdiiyi ərazilərinə görə fərqlənir, bu il həmin mənzillərdə qiymətlər necə dəyişəcək” sualına cavab olaraq ekspert bildirib ki, hazırkı vəziyyətdə sadəcə təqvim üzərində tarix dəyişir:

“Qiymətlərin ucuzlaşması, insanların əməkhaqqının artması, daha çox pul qazanması kimi hallar baş vermədiyinə görə, həmin mənzillərin qiyməti olduğu kimi qalacaq Lakin çıxarışı olmayan fərdi həyət evləri çıxarışla təmin olunarsa, məcburi köçkünlər öz evlərinə qayıdarsa, dövlət tərəfindən verilən evlər ucuz qiymətə satışa çıxarılarsa həmin qiymətlərdə stabilləşmə baş verə bilər. Yoxsa ilin sonuna qədər mənzillərin qiymətində ilin sonuna qədər 20-25 faiz artım qaçınılmaz olacaq. Mənzil almaq istəyən şəxslərə məsləhət edərdim ki, bunun üçün də ilin sonunu gözləməsinlər”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

"TikTok"un növbəti alıcısı - MrBeast

Slovakiya ilə ikiqat vergitutma aradan qaldırılmasının detalları

Daha bir ölkə “Bitcoin”ə yaşıl işıq yandırdı

"SPRİNG SAN TEX"ə cərimə protokolu

Pensiya alan partiya sədrləri - İsa Qəmbər, Sərdar Cəlaloğlu, Əli İnsanov...

Türkiyədəki “Azərbaycan” məhəlləsində ilk hazır mənzillər nümayiş etdirildi (FOTO)

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

Bu kənddə tikinti-quraşdırma işlərinə 26,4 milyon manat xərclənəcək

Bakıda yağış, rayonlarda qar yağacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin