BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
61159

"Azərbaycanda kifayət qədər keyfiyyətli dərilər istehsal olunur. Qoyun, iribuynuzlu heyvanların natural dəriləri ilə istehsal olunan ayaqqabıların dünya rəqabətinə dözümlülüyünə inam var. Azərbaycanda son 20-25 ildə bir çox şirkətlər bununla bağlı çalışıb. Yadımdadır ki, bir neçə şirkətlər yaranmışdı və onlar regionlarda dəriləri alırdı".

Bunu Qaynarinfo-ya açıqlamasında VI çağırış Milli Məclisinin sabiq deputatı Rüfət Quliyev Azərbaycan istehsalı olan ayaqqabıların Avropa bazarlarına ixracından danışarkən deyib. 

Rüfət Quliyevin sözlərinə görə, Azərbaycan istehsalı olan ayaqqabılar dünya bazarına çıxa bilər:

"Burada söhbət yüksək formada, yəni fabrik deyil, daha çox əl üsulu ilə istehsal olunan ayaqqabılardan gedir. Azərbaycan üçün böyük bazar açılır. Nəzərə almaq lazımdır ki, dünya bazarında Türkiyə və başqa ölkələrin istehsalçıları var". 

Rüfət Quliyev qeyd edib ki, Azərbaycan artıq istehsal olunan malların brendləşməsinə təkan verməlidir:

"Yəni bilinməlidir ki, bu brend Azərbaycanda natural dərilərdən istehsal olunan əl işidir. Bunu mütləq nəzərə almaq lazımdır ki, onlar üçün Avropada və inkişaf edən Asiya ölkələrində böyük bazar var. Məsələn, natural dəridən hazırlanan kəmərlərin xarici bazar qiymətləri ən azı 25-35 dollar arasındadır. Düşünürəm ki, bu bazarlarda yer tutmaq üçün bizim kifayət qədər imkanlarımız var. Bundan əlavə əl çantaları, xüsusi ilə kişi və qadınlar üçün olan bu aksesuarların da gələcəyi var. Əsas odur ki, natural dəri və keyfiyyətli tikiş olsun və ən vacibi onların brendlərinin, yəni tanınan ticarət markalarının yaranmasıdır".

Rüfət Quliyev belə şəxsləri CBC kanalında yayımlanan "Sahibkar saatı"na dəvət edib:

"İşləri barəsində məlumat versinlər. Onlar tək Azərbaycanda deyil, onlarla ölkədə reklam olunacaqlar. Azərbaycanda tam şərait var, artıq nə lazımdır? Yerli istehsalıçılar bu şəraitdən istifadə etməlidirlər. Əgər söhbət xüsusi təyinatlı ayaqqabılardan gedirsə, Azərbaycan üçün böyük imkanlar açılır".

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti "BAFCO İnvest” MMC ayaqqabı istehsalı sahəsində EN ISO 20345:2022 və EN ISO 20347:2022 beynəlxalq standartlara uyğunluq sertifikatlarına layiq görülüb. Bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulların Avropa bazarına ixracına imkan yaradır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İcbari sığorta üzrə ödənişlər 22,7% artıb

Turistlər Azərbaycana ən çox bu məqsədlərlə gəlir - SİYAHI

"Apple"ın növbəti çipli məhsulu bəlli oldu - Özəllikləri

"CapCut"ın süni intellekt dəstəkli platforması "Dreamina" - Özəllikləri

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbağda gəzəcək: Özlərini mükafatlandırıblar

İşdə səmərəli vaxt keçirməyin 7 yolu

Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq

"Apple"dan yeni addım - Şəxsi həkiminiz yanınızdan ayrılmayacaq

Süfrəmizdən əskik olmayan bu məhsulun idxalı azalıb

Şərurlu İsfəndiyar: "Mən oturmuşam, pullar da gəlir" (VİDEO)

Qarğıdalı idxalı kəskin artdı

Mütəxəssislər xəbərdarlıq edir: ChatGPT ilə bu 5 məlumatı paylaşmaq təhlükəlidir

Sabah hava necə olacaq?

Rəqəmsal bacarıqlara uyğunlaşmaq üçün hər kəs nələri öyrənməlidir?

Qızılın qiyməti rekord həddə çatdı

"Apple" şirkəti və İlon Mask arasında qarşıdurma

"Ethereum" dəyər itirir: Analitik ehtimal olunan qiymət səviyyəsini açıqladı

"Bitcoin" və digər kriptovalyutalar ucuzlaşır - Son qiymətlər

Nəticəyönümlü komanda üçün müdir-işçi harmoniyası - SƏHƏR OXUSU

31 Mart soyqırımından 107 il ötür

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

Son 1 ildə ən çox bahalaşan qida məhsulları

Diqqətin yayınmasında əsas səbəb telefon deyil - Araşdırma

Banklara ən çox borcu olan rayonlar - Cədvəl

2 aya 2.7 mln. manatlıq dərman istehsal olunub

Külək elektrik stansiyalarının istehsalı 60 %-dən çox azalıb

Azərbaycan bu ölkəyə investisiyalarını 1 ildə 6 900 dəfədən çox artırıb

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin