BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
67695

ABŞ-ın texnologiya nəhəngi "Apple" 49 illik fəaliyyəti ərzində inqilabi texnoloji yeniliklərə imza ataraq, dünyanın ən dəyərli şirkətləri siyahısında yenidən ilk yerə yüksəlib.

Valyuta.az xəbər verir ki, Kaliforniyada bir qarajda 1 aprel 1976-cı ildə təvazökar bir başlanğıc edən "Apple" innovativ dizaynları, istifadəçi dostu interfeysləri və qabaqcıl texnologiya məhsulları ilə dünyanın ən nüfuzlu şirkətlərindən birinə çevrilib.

Stiv Cobs, Stiv Voznyak və Ronald Ueyn tərəfindən təsis edilən şirkət yaradıldığı il "istifadəçi dostu kompüterlər yaratmaq" məqsədilə "Apple I" modelini bazara çıxarıb.

1977-ci ilin əvvəlində "Apple Computer" adı altında səhmdar cəmiyyətinə çevrilən şirkət 1984-cü ildə təqdim etdiyi "Macintosh" ilə fərdi kompüter sektorunda inqilabi dəyişiklik edib. 2001-ci ildə satışa çıxardığı "iPod" isə musiqi sənayesini dəyişərək rəqəmsal məzmun istehlakında yeni bir dövr açıb.

2007-ci ildə təqdim olunan "iPhone" istifadəçilərə masaüstü kompüter təcrübəsi təqdim edərək ağıllı telefon bazarında dönüş nöqtəsi olub. Həmin il şirkət adındakı "Computer" sözünü çıxararaq istehlakçı elektronikası sektoruna yönəldiyini vurğulayıb. 2010-cu ildə isə ilk planşeti olan "iPad"i tanıdıb.

2011-ci ildə Stiv Cobsun vəfatından sonra şirkətin baş direktoru vəzifəsini Tim Kuk icra etməyə başlayıb. Onun rəhbərliyi dövründə "Apple" məhsul çeşidini və qlobal bazardakı mövqeyini gücləndirərək bazar dəyərini artırıb.

Şirkət süni intellekt, artırılmış reallıq və geyilə bilən texnologiyalara sərmayə qoyaraq ağıllı saat və simsiz qulaqlıqlar kimi yeni məhsullarını bazara çıxarıb.

2023-cü ildə "məkan kompyuteri" kimi təqdim edilən "Apple Vision Pro" şirkətin 2014-cü ildən sonra təqdim etdiyi ilk yeni əsas məhsul seriyası oldu və ötən ilin fevralında satışa çıxıb.

Son illərdə süni intellekt sahəsində rəqiblərinin bir qədər gerisində qalan "Apple" dünyanın ən dəyərli şirkəti titulunu əvvəlcə "Microsoft"a, daha sonra isə çip istehsalçısı "Nvidia"ya təhvil verib.

Ötən ilin iyun ayında süni intellekt sahəsində irəliləyişlər edən "Apple" "Apple Intelligence" texnologiyasını təqdim edib. Bu texnologiyanın kontekst əsaslı bildirişlər, süni intellekt dəstəyi ilə vizual məzmun yaradılması və proqramlar arasında vəzifə icrası kimi xüsusiyyətlərə malik olduğu bildirilib.

Dünyanın ən dəyərli şirkəti olmaq uğrunda "Microsoft" və "Nvidia" ilə yarışan "Apple" süni intellekt sahəsindəki yeniliklərindən sonra yenidən zirvəyə yüksəlib. Şirkət ötən ilin sentyabrında süni intellekt dəstəyi ilə yeni ağıllı telefonu "iPhone 16"nı təqdim edib. Bu cihaz iri miqyaslı generativ süni intellekt modellərini idarə etmək üçün nəzərdə tutulub.

Bu ilin fevralında isə süni intellekt xüsusiyyətlərinə malik daha münasib qiymətli "iPhone 16e" modeli satışa çıxarılıb. 

ABŞ-da ticarət siyasətindəki qeyri-müəyyənlik səbəbindən texnologiya səhmlərində dalğalanmalar yaşansa da, "Apple" səhmləri son bir ildə 28% artıb. Şirkətin ötən il bu dövrdə 2,6 trilyon dollar olan bazar dəyəri 3,3 trilyon dollara yaxınlaşıb.

"Apple"ın son maliyyə hesabatına əsasən, 28 dekabr 2024-cü ildə başa çatan üç aylıq dövrdə "iPhone" satışları azalarkən, "Mac" və "iPad" satışları artıb. Bu dövrdə "iPhone" satışları illik müqayisədə 1% azalaraq 69,1 milyard dollara düşüb və bazar gözləntilərinin altında qalıb.

Bazar araşdırma şirkəti IDC-nin hesabatına görə, 2024-cü ildə qlobal ağıllı telefon satışları 6,4% artsa da, "Apple"ın satışları 0,9% azalıb. Şirkətin 2023-cü ildə 20,1% olan bazar payı, 2024-cü ildə 18,7%-ə düşüb.

Buna baxmayaraq, "Apple" ağıllı telefon bazarında liderliyini qoruyur, lakin Çinli rəqiblərinin bazar paylarını artırdığı müşahidə olunur.

"Macintosh", "iPod", "iPhone" və digər innovativ məhsulları ilə "Apple", istehlakçı elektronikası sektorundakı liderliyini gücləndirsə də, eyni zamanda hüquqi problemlərlə üzləşib.

Antitrest iddiaları, məxfilik mübahisələri və əqli mülkiyyət hüquqları ilə bağlı çəkişmələr, "Apple"ın hüquqi mübarizələrinin mərkəzində olub.

Tətbiq mağazası siyasətləri tənzimləyici qurumlar və rəqib şirkətlər tərəfindən ciddi nəzarətə məruz qalıb və bu, rəqabət qanunvericiliyi və istehlakçı hüquqları ilə bağlı bir sıra məhkəmə proseslərinə səbəb olub.

"Apple" rəqib texnologiya şirkətləri ilə patent mübahisələri yaşamaqda davam edərkən, Avropa Komissiyası şirkətə qarşı rəqabət nəzarətini gücləndirib və ABŞ-da antitrest iddiası qaldırılıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kriptovalyutaların qiyməti düşərkən, "Dogecoin"in qiyməti artdı

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Süni intellektlə sağlamlığınızı izləyə biləcəyiniz 7 pulsuz tətbiq

Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir?

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin