BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
60841

Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb.

Valyuta.az xəbər verir ki, Fərmanla müəyyən edilib ki, Naxçıvan Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Sənaye Parkında istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən etməli, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və kommunal xidmət (elektrik və istilik enerjisi, təbii qaz və su) qurumları ilə birlikdə Naxçıvan Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək etməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 (üç yüz on) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Goldman Sachs" ABŞ-ın tənəzzül ehtimalını təxminən iki dəfə artırdı

Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti qiymətləri bahalaşdırır

Hakerlərin yeni silahı: pulsuz fayl çeviricilər!

"Olmazsa olmaz"la "olsa yaxşı olar"ı ayırmaq - Sahibkarlardan məsləhətlər

İcbari sığorta üzrə ödənişlər 22,7% artıb

Turistlər Azərbaycana ən çox bu məqsədlərlə gəlir - SİYAHI

"Apple"ın növbəti çipli məhsulu bəlli oldu - Özəllikləri

"CapCut"ın süni intellekt dəstəkli platforması "Dreamina" - Özəllikləri

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbağda gəzəcək: Özlərini mükafatlandırıblar

İşdə səmərəli vaxt keçirməyin 7 yolu

Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq

"Apple"dan yeni addım - Şəxsi həkiminiz yanınızdan ayrılmayacaq

Süfrəmizdən əskik olmayan bu məhsulun idxalı azalıb

Şərurlu İsfəndiyar: "Mən oturmuşam, pullar da gəlir" (VİDEO)

Qarğıdalı idxalı kəskin artdı

Mütəxəssislər xəbərdarlıq edir: ChatGPT ilə bu 5 məlumatı paylaşmaq təhlükəlidir

Sabah hava necə olacaq?

Rəqəmsal bacarıqlara uyğunlaşmaq üçün hər kəs nələri öyrənməlidir?

Qızılın qiyməti rekord həddə çatdı

"Apple" şirkəti və İlon Mask arasında qarşıdurma

"Ethereum" dəyər itirir: Analitik ehtimal olunan qiymət səviyyəsini açıqladı

"Bitcoin" və digər kriptovalyutalar ucuzlaşır - Son qiymətlər

Nəticəyönümlü komanda üçün müdir-işçi harmoniyası - SƏHƏR OXUSU

31 Mart soyqırımından 107 il ötür

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

Son 1 ildə ən çox bahalaşan qida məhsulları

Diqqətin yayınmasında əsas səbəb telefon deyil - Araşdırma

Banklara ən çox borcu olan rayonlar - Cədvəl

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin