BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9604
  • RUB
    2.1022
  • TRY
    0.0444
  • GBP
    2.2786
60332

Son zamanlar insanların ən çox narazı qaldığı və şikayət etdiyi məsələ taksi xidmətlərindəki qiymət dəyişkənliyidir. Sərnişinlər iddia edir ki, taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda dəyişir. Daha çox məbləğ tələb olunur. Nəticədə sürücü və sərnişin arasında gərginlik, narazılıq yaranır.

Daha bir narazılıq isə son günlərdə taksi xidmətlərindəki qiymət artımıyla bağlıdır. Bir müddət əvvəl 3 manata gedilən məsafə üçün indi az qala ikiqat qiymət tələb olunur.

Bəs, gərginliyə səbəb olan nöqsanlar niyə aradan qaldırılmır? Bunun üçün hansı addımlar atılmalıdır?

"İndi "Prius"la yox, 25-30 minlik maşınla xidmət göstərilir"

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Elməddin Muradlı bildirib ki, bu cür narazılıqların yaranmaması üçün qiymətlərin konkretləşdirilməsinə ehtiyac var:

"Taksi sürücüləri dəfələrlə bizə müraciət edirlər ki, qiymətlər ucuzdur, bizə sərf eləmir. Vətəndaş da şikayət edir ki, qiymət bahadır. İndi bunun ortaq məxrəcini tapmaq lazımdır ki, heç kim narazı qalmasın.

Taksi sürücülərinin mövqeyindən yanaşanda görürük ki, onlar əvvəlki qaydada işləmirlər. İndi onların üzərində ciddi nəzarət var. Əvvəlkinə nisbətən daha müasir, yeni avtomobillərlə xəttə çıxırlar. Əvvəl 11 min, 12 min dəyərindəki “Prius”la işləyirdilər. İndi 25-30 minlik təzə avtomobillərlə xidmət göstərirlər. Bunu onlardan dövlət tələb etdi ki, köhnə maşınla taksi sürmək olmaz. Amma əvəzində şərait yaradılmalıdır”.

Qiymət məsələsinə gəlincə, Elməddin Muradlı bildirib ki, ilk iş bunun tənzimlənməsi olmalıdır:

“Qiymətlərin aşağı həddi müəyyənləşdirilib. 2 manat 50 qəpikdən ucuz məbləğ ola bilməz. Bu, qanunla qadağandır. Şirkətlər qarşısında bu, tələb kimi qoyulub. Onlar da həmin qiymətdən aşağı sürücüyə sifariş vermirlər. Amma yuxarı həddlə bağlı narazılıqlar qalır. Sürücülər deyir ki, uzaq məsafəyə 3-4 manata gedirlər və bu qiymət onları qane etmir. Zənnimcə, indi əsas müzakirə mövzusu problemin necə həll olunmasıdır. Qiymətin aşağı-yuxarı həddi necə olmalıdır ki, heç bir tərəf narazı qalmasın”.

“Bu ciddi şəkildə araşdırılmalıdır”

Ekspertin bununla bağlı konkret təklifləri də var:

“Qiymətlərin aşağı-yuxarı həddi müəyyənləşdirilməlidir. 1 kilometrin məbləği nə qədər olmalıdır? 10, 50 kilometrdən sonra məbləğ necə hesablanmalıdır? Gecə-gündüz, pik saatlar, bayram günlərinə uyğun tariflər necə olmalıdır? Bu suallara cavab tapılmalıdır. Bu, dünya təcrübəsində də var. Bizdə isə bu məsələ açıq qalıb.

Görünür, şirkətlər də, sürücü və sərnişinlər də bu boşluqdan istifadə edir. Qiyməti bilirik, şirkət müəyyənləşdirir. Şürücü özündən qiymət demir. Ona göstəriş gəlir ki, sərnişini bu ünvandan filan ünvana apar. O da əməl edir. Amma nəyə görəsə gedib mənzil başına çıxandan sonra qiymət dəyişir. Bu dəyişikliyin səbəbi nədir, bu kimin ideyasıdır, kimin düşüncəsidir? Bu, ciddi şəkildə araşdırılmalıdır və bu narazılıqlara aydınlıq gətirilməlidir. Əgər dediyim kimi, yuxarı-aşağı hədd müəyyənləşərsə, məsələ öz həllini tapa bilər.

Mən bu haqdakı fikirlərimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının iclaslarında da deyirəm.  Ümid edirəm, tezliklə məsələnin bu formada həllinə nail ola biləcəyik”.

“Əvvəlki kimi 3 manata taksi olmayacaq”

Ekspert onu da qeyd edib ki, bu məsələlərin tənzimlənməsində sərnişinlər qədər sürücülər də maraqlıdır:  “Sərnişinlər bunu qəbul etməlidirlər ki, bu adamlar əvvəlki dövr sürücüləri kimi deyil. Onlar çətin sınaqlardan, sürücü-təlim mərkəzlərindəki ciddi təlimlərdən keçiblər. DİM-də imtahan veriblər. Bu yerə gələnə qədər nə qədər maddi vəsait xərcləyiblər. Ona görə də əvvəlki kimi 3 manata taksi olmayacaq.

Əslində, heç əvvəllər də belə olmayıb. Bu, pandemiya dövrünün bir fəsadı oldu ki, biz bunu yaşadıq. Taksi bazarında xaotik vəziyyət yarandı. Xarici şirkətlər bazara daxil oldu və ortaya belə bir mənzərə çıxdı. İndi də qarşısını ala bilmirlər. İnsanlar da elə zənn edirlər ki, elə belə də olmalıdır. Taksi xidməti bundan ibarətdir. Xeyr, bu, belə deyil. Ona görə də xidmət sahəsində normal tənzimlənmə işi aparılmalıdır. Əgər tənzimlənmə olmasa, bu problemlər davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah bu ərazilərdə qaz verilişi dayandırılacaq

Bəzi ərazilərə dolu düşəcək, sulu qar yağacaq

Avropa İttifaqından "Apple" və "Meta"ya rekord cərimə

"PepsiCo" ilk rübdə gözləntiləri doğrultmayıb

Bələdiyyələr pulunu nələrə xərcləyir? - Rəqəmlər

"Xalq Sığorta"nın mənfəəti 3 dəfə azalıb, 2 ildir vergi ödəmir

Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq - Bu tarixdən

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik - YENİLİK

Süni intellektin yaradıcı mütəxəssisləri bu sahədən pul qazana bilirlər?

Süni intellektin yaradıcı mütəxəssisləri bu sahədən pul qazana bilirlər?

Bakı Metropolitenindən 1 milyonluq sifariş

Avropanın məşhur kurortları iqlim dəyişikliyi səbəbilə yox ola bilər

VÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Baş nazirdən “Azərenerji” ilə bağlı QƏRAR

CV göndərmədən iş tapa bilən kadr olmaq üçün nələr etməliyik?

Samir İsmayılova yeni vəzifə verildi

Mədət Quliyevin işi bu xanıma həvalə edildi - FOTO

Sabah hava yağmursuz keçəcək

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

AFB Bankda yeni təyinat: Rəqəmsal bankçılığa peşəkar rəhbər

Məmurların maaş və pensiyalarının iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq

Məmurların maaş və pensiyalarının iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq

Magistratura və rezidentura imtahanları elektron formatda keçiriləcək

“Azərkosmos” Kosmik Texnologiyalar Konfransı çərçivəsində 20-ə yaxın əməkdaşlıq sənədi imzalayacaq

15 yaşına qədər uşaqlar əməyə cəlb edilə bilər - Hüquqşünas

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib

Mərkəzi Bank “A-Qrup Sığorta” və "Meqa Sığorta"ya icrası məcburi göstəriş verdi

Azərbaycanda bu ailələr üçün ev tikiləcək

Azərbaycanda ən yüksək keçid balı olan UNİVERSİTET

"Nestle" qiymət artımı fonunda satışlarını artırıb

Bakı Dövlət Universitetində keçid balları - SİYAHI

Bakı Dövlət Universitetində keçid balları - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin