BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9308
  • RUB
    2.0666
  • TRY
    0.0447
  • GBP
    2.2463
58856

OpenAI-nın son işə qəbul prosesi şirkətin öz sosial media platformasını inkişaf etdirdiyinə dair düşüncələrə səbəb olub. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, şirkət Gabor Çelle adlı mühəndisi işə götürüb və onun fəaliyyəti, OpenAI-nın yaxın gələcəkdə X, Instagram və TikTok kimi platformalara rəqib ola biləcək bir sosial media platforması üzərində işlədiyini düşündürür.

Gabor Çelle ötən ay OpenAI-da işə başlayıb və sosial media sahəsində mühüm təcrübəyə malik biridir. Onun verdiyi bir açıqlama isə OpenAI-nın sosial media platforması hazırlığına dair ehtimalları gücləndirib. Çelle açıqlamasında deyib:

"Buradakı inanılmaz dərəcədə istedad çoxdur. Çox şey öyrənirəm. Vaxtı gələndə üzərində işlədiyim layihə haqqında daha çox məlumat paylaşacağam".

Gabor Çelle-nin təcrübəsinə nəzər saldıqda, karyerasına "reMail" adlı mobil e-poçt təşəbbüsü ilə başladığı görünür. Bu tətbiqi "Google"-a satan Çelle, daha sonra "Namo Media" adlı reklamçılıq şirkətini təsis edib və onu o zamanlar "Twitter" kimi tanınan "X"-ə satıb. Bir müddət "X"-də məhsul meneceri kimi çalışan Çelle, 2016-cı ildə "Google"-da işləməyə başlayıb. 2022-ci ildə isə "Pebble" adlı bir sosial media platformasını istifadəyə verib. Lakin bu platformanı uğurla idarə edə bilməyən Çelle layihəni qısa müddətdə bağlayıb və həmin platforma bu gün "X"-ə rəqib olan "Mastodon"a ilham verib.

Bu işə qəbul və Çelle-nin açıqlamaları OpenAI-nın gələcək planlarına dair maraqlı suallar doğurur.

HƏMÇİNİN OXU:

 

"Google"a ciddi rəqib: ChatGPT axtarış funksiyasını aktivləşdirdi

Aydın 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yük avtomobili istehsalı 7 dəfədən çox azalıb

Qiymət bahalaşdı, istehsal azaldı

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

UFAZ-ın 129 min manatlıq tenderi ləğv edildi

Ümumi istehsal 15% artsa da, geyim istehsalı hələ də aşağıdır

200 manatlıq şirkətin 188 min vergi borcu var

Çinin Trampa qarşı ticarət müharibəsində yeni silahı: 7 "kiçik çubuq"

Bir ildə 23 satınalma müqaviləsi bağlayan şirkətin 17 min manat vergi borcu var

Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi

Xəstəxanadan deputata məxsus olduğu deyilən şirkətə 123 min manatlıq sifariş

Bu tekila və viskilər saxta imiş - FOTOLAR

Hidrometrologiya Xidməti: Bakıda hazırda yağıntının miqdarı normadan 2 dəfə çoxdur

Bu ərazilərdə qaz kəsiləcək

AQTİ-nin maliyyə hesabatları yoxlanılacaq

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

100 illik ayaqqabı markası müflis oldu

AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"

Külli miqdarda borcu olan şirkət bağlandı

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verdi

AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

"OpenAl" tamamilə yeni sosial şəbəkəyə hazırlaşır: Nələr məlumdur?

Səhmlərdən əldə edilən gəlirin vergiyə cəlb olunmasında YENİLİK

“Aqrarkredit”ə məxsus torpaq və evlər satışa çıxarılır - 5350 manatdan başlayan qiymətlər

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin edildi

“Azər Türk Bank” kredit faizlərini artırdı

Kapital Bank 6 nominasiyada mükafatlandırıldı®

Kartdan karta deyil, POS-terminal üzərindən: Nağdsız ödənişlərin düzgün tətbiqi yolları

Kartdan karta deyil, POS-terminal üzərindən: Nağdsız ödənişlərin düzgün tətbiqi yolları

"Hacı Mazan"ın məşhur oteli satılıb? - Qardaşı oğlu rəhbərlikdən ayrıldı

Yağışla bağlı zərər görən vətəndaşlara pul veriləcək? - AÇIQLAMA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin